Artur Rasi-zadə gömrük rüsumları ilə bağlı qərar verdi
Nazirlər Kabineti “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nı təsdiqləyib.
AzNews.info Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Bu qərar sentyabrın 24-də qüvvəyə minəcək və 3 il müddətində qüvvədə olacaq.
Mənbə:> Report.az