Ölkəyə idxal olunan mazut gömrük rüsumundan azad edilir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ölkəyə idxal olunan mazut gömrük rüsumundan azad edilir

Ölkəyə idxal olunan mazut gömrük rüsumundan azad edilir


Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 7 avqust 2017 07:48
  • Yazan: tida
Digo esto porque revisar el reloj Cartier Santos 100 fue un poco replicas de relojes de campo izquierdo para mí. Sin embargo, es una decisión que estoy feliz de haber hecho porque se trata de un reloj con una enorme cantidad de iwc imitacion muñeca-apelación una vez que en realidad lo puso.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *