Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatdı – VİDEO
Son məlumata görə, Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi qurumlardan məlumat yayılıb.
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.
Mənbə:> APA