Barselonanın mərkəzində terror aktı – VİDEO (YENİLƏNİB)
Kataloniya hökuməti bildirib ki, Barselonanın mərkəzində avtomobilin piyadaları vurmasından sonra 100 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara gətiriliblər.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, bu barədə kataloniya polisi Twitter-dəki səhifəsində xəbər verib.
Bildirilir ki, terror aktı zamanı xəsarət alanların sayı yaxın saatlarda 100-ü ötə bilər. Kataloniya hökuməti yaralananların adlarını açıqlayıb.
Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir. Bundan əvvəl isə xəsarət alanların sayının 50 (digər yerli mətbu orqanlar bu rəqəmin 60, 80 olması haqda xəbər veriblər-red) nəfər olduğu bildirilirdi. Bundan əlavə, hadisə zamanı 13 nəfər ölüb.
Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını bildirib.
17.08.2017 21:12
Barselonanın Rambla küçəsində mikroavtobusun kütləyə çırpılması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, Cadena Ser radiosu kataloniya polisindəki mənbəyə istinadən məlumat yayıb.
20:39
Barselonada Rambla küçəsində mikroavtobusu kütlənin üzərinə sürən sürücü hadisədən sonra türk restoranına daxil olaraq bir neçə nəfəri girov götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, El Periodico nəşri TV-3 telekanalına istinadən məlumat yayıb.
20:35
Barselonanın mərkəzində mikroavtobusun kütləyə çırpılması nəticəsində ən azı iki nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, avqustun 17-də, The Telegraph nəşri məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.
İspaniya polisi Rambla küçəsində baş verən insidenti terror aktı kimi qiymətləndirib.
Mənbə:> Oxu.Az