Saakaşvilidən Poroşenkoya cavab » AzNews.info -Xəbər portalı

Saakaşvilidən Poroşenkoya cavab – VİDEO

Saakaşvilidən Poroşenkoya cavab


“Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

“Ölkədə olmadığımdan istifadə edərək, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu olmayacaq! Mən haradasa qalmaq və heç bir status almaq fikrində deyiləm”,- Saakaşvili qeyd edib.

O, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək ölkəyə geri dönəcəyini deyib: “Prezident Poroşenko qərarı xəlvətcə, mən ABŞ-da olarkən qəbul edib. Mən Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəm”.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Müvafiq qərar “Vətəndaşlıq haqqında” qanunun əsasında qəbul olunub. Məlumata əsasən, M.Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *