Saakaşvili Ukraynada teleaparcı oldu
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şousunun aparıcısı olacaq.
O bu haqda özünün Facebook səhifəsində yazıb.
M.Saakaşvili həmin səhifədə studiyanın fotosunu da yerləşdirib.
Onun ilk qonağı Ukrayna parlamentinin deputatı Vladimir Parasyuk olub.
“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, - deyə M.Saakaşvili vurğulayıb.
Qeyd edək ki, V.Parasyuk ölkədə fərqli düşncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə gündəm yaratmağı bacarır.
Mənbə:> Report