Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək? – FOTO

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?

Ermənistan bu ilin payızında Avropa İttifaqı ilə “əhatəli və genişlənmiş əməkdaşlığa” dair razılaşma imzalayacaq. Virtualaz.org xəbər verir ki, noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti zamanı imzalanması gözlənilən razılaşma artıq paraflanıb, başqa sözlə, imzalanmaq üçün tam hazırdır. Ancaq mətni açıqlanmır. Üstəlik erməni rəsmiləri deyirlər ki, sənəd imzalananda da mətni açıqlanmayacaq, ancaq gələn ilin əvvəllərində ictimaiyyət bu razılaşmanın detallarından xəbərdar olacaq.

Bəs nə baş verib ki, 2013-cü ildə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Assosiasiya razılaşmasını imzalamağın bir addımlığında olanda Putinin qəfil əmri ilə bu razılaşmadan imtina edib Avrasiya İttifaqına daxil olmağa qərar verən Sərkisyan yenidən Brüssellə yaxınlaşmağa başlayıb? Moskvada bu haqda nə düşünürlər və Ermənistanın Aİ ilə genişləndirilmiş tərəfdaşlıq razılaşmasının imzalanmasına razılıq verəcəklərmi?

Ermənistanla Avropa İttifaqı arasında həmin razılaşmaya dair danışıqlar təxminən bir ildir gedirdi. Ermənistan tərəfdən danışıqları xarici işlər nazirinin müavini Karen Nazaryan aparıb. Lakin informasiyalı mənbələr deyirlər ki, bu razılaşmanın əsas lobbiçisi prezident Serj Sərkisyanın kürəkəni, hazırda Ermənistanın Vatikandakı səfiri olan Mikael Minasyandır.

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?


Minasyan əvvəldən Avropaya yaxın hesab edilir, Avropa strukturlarında işləyib, Ermənistanda Avropa Hərəkatını yaradıb. Minasyan hazırda ölkədən uzaqda olsa da Ermənistandakı KİV-lərin böyük qismini kurasiya edir.

Razılaşmanın mətni məxfi saxlanılır, bununla belə erməni rəsmiləri, o cümlədən prezident Sərkisyan deyib ki, sənəd 2013-cü ildə imzalanması nəzərdə tutulan Assosiasiya sazişindən güclü şəkildə fərqlənmir. Sənədin siyasi hissəsi demək olar ki, olduğu kimi qalıb. İqtisadi hissəsindən isə Ermənistanın Avrasiya İttifaqına üzvlüyü nəzərə alınmaqla azad ticarət barədə bəndlər çıxarılıb.
Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?

Sərkisyan və kürəkəni

Xatırladaq ki, Ermənistanla Aİ arasında Assosiasiya razılaşmasına dair sənədin layihəsi üzərində 3 il yarımdan çox danışıqlar getmişdi. Sənəd 2013-c ilin noyabrında Şərq Tərəfdaşlığının sammitində imzalanmalıydı. Lakin həmin ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin qəfil zəngi ilə Serj Sərkisyan məzuniyyətini yarımçıq kəsib Moskvaya yollandı. Novo-Oqaryevoda Putinlə görüşəndən sonra mətbuat konfransında elan etdi ki, Ermənistan Assosiasiya sazişindən imtina edir, Avrasiya İttifaqına qoşulmağı qərara alır.

O vaxt mətbuat yazmışdı ki, Putin Sərkisyanı “yola gətirmək” üçün Qarabağla təhdid edib, bildirib ki, Ermənistan Avropa İttifaqı ilə inteqrasiyaya getsə o zaman Rusiya Azərbaycan tanklarının Qarabağa doğru yürüşünü dayandırmayacaq. Məlumatlara görə Sərkisyana hətta Azərbaycan ordusunun Qarabağa hücum planı da nümayiş etdirilmişdi.

Ötən ay iyunun 29-da Ermənistan parlamentində büdcə müzakirələri zamanı “Tsarukyan” blokundan deputat Vaqe Enfiacyan xarici işlər nazirinin müavini Şavarş Köçəryana sual verib: Assosiasiya sazişinin kədərli təcrübəsi nəzərə alınarsa Avropa İttifaqı ilə yeni razılaşmanı da analoji aqibət gözləyə bilərmi? Yəni Rusiya bu dəfə də son anda müdaxilə edib Ermənistanın həmin sənədi imzalamasını əngəlləyərmi?

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?


Köçəryan bu suala konkret cavab verməyib, deyib ki, sənəd artıq paraflanıb və nəticəsi barədə gələn ilin əvvəlində danışmaq olar. “Biz onu noyabrda, Brüsseləd imzalamağı planlaşdırırıq. Yaşayarıq, görərik”-bu eybəcər erməni “diplomat” bildirib.

Hakim Respublika partiyasından deputat, xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan isə həmin iclasda jurnalistlər qarşısında lovğalanıb ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycandan “bir addım irəlidir”. Onun sözlərinə görə, Ermənistan Aİ ilə hərtərəfli və dərin əməkdaşlığa dair artıq paraflanmış razılaşması var, Azərbaycan isə danışıqlara hələ təzə başlayıb. Bu zaman jurnalistlər ona Assosiasiya razılaşmasının aqibətini xatırladıblar, Aşotyan isə deyib ki, “müqayisə yersizdir”.

“Ötən dəfə ilə müqayisə aparmaq heç hüquqi baxımdan da düzgün deyil, çünki o vaxt razılaşma paraflanmamışdı. Üstəlik Avropa Komissiyasının o vaxtkı tərkibi Şərq Tərəfdaşlığı ərazisində Rusiya ilə qarşılıqlı əməkdaşlıq məsələsində daha sərt idi”-Aşotyan indiki razılaşmanın Rusiyadan xeyir-dua aldığına eyhamla bildirib.

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?


EurasiaNet saytının təhlilçisi, tanınmış analitik Coşua Kuçeranın yazdığına görə sənəd hələ açıqlanmasa da erməni və avropalı diplomatlar təsdiqləyirlər ki, o, 2013-cü ildə Moskvanın razılıq vermədiyi sənədə çox oxşardır. Analitikin bildirdiyinə görə, sənəddə Avropa İttifaqı ilə Ermənistan arasında müəyyən məhdudlaşdırmalar olsa da o, İrəvanın Rusiyadan sıx asılılığına ciddi alternativ yaradır.

Xarici işlər nazirinin müavini Karen Nazaryan EurasiaNet.org-a açıqlamasında sənədə dair Rusiya və “digər maraqlı tərəflərlə” məsləhətləşmələr apardıqlarını deyib. “Məsləhətləşmələr zamanı biz izah etdik ki, daha söhbət dərin və hərtərəfli azad ticarət Müqaviləsindən getmir. Bu məsələ razılaşmada yer almır”-o bildirib. Nazaryan deyib ki, Ermənistan çoxdandır özünün mühüm parnyorları-Rusiya, ABŞ və Avropa İttifaqı ilə çoxvektorlu xarici siyasət aparır. Razılaşma da həmin siyasətin bir hissəsidir.

Maraqlıdır ki, Rusiya rəsmi şəxsləri indiyə qədər İrəvanın Brüssellə imzalamağa hazırlaşdığı razılaşma barədə şərh verməyiblər. Bununla belə, İrəvandakı avropalı diplomat Rusiya xarici işlər nazirini nəzərdə tutaraq bildirib ki, “Lavrov yaşıl işıq yandırıb”.
Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?

Karen Nazaryan

Lakin İrəvandakı “Qafqaz İnstitutu”nun direktoru Aleksandr İsgəndəryan Rusiyanın bu razılaşmaya xeyir-dua verdiyinə inanmır. “Heç vaxt bilmək olmaz. Çünki sabah Rusiya cibindən tapançanı çıxarıb masanın üstünə qoya bilər, necə ki, 2013-cü ildə bunu etdi”-İsgəndəryan bildirib.

Sənədin mətni gizli saxlanılsa da orada Metsamor AES-ə dair bənd olduğu haqda danışılır. Həmin bənddə nə deyildiyi məlum deyil. Ancaq ehtimal ki, orada faktiki olaraq qəzalı vəziyyətdə olan AES-in istismarına dair Aİ-nin hansısa yardımları nəzərdə tutulur. O biri tərəfdən Rusiyanın Metsamor AES-i nəzarət altına almağa çalışdığı haqda xəbərlər var.

Virtualaz.org-a məlum olub ki, hazırda bu məsələ ilə bağlı danışıqlar gedir. Detallar məlum deyil, amma ola bilsin ki, Rusiya Ermənistanın energetika təchizatında tam inhisarçı mövqeyə malik olmaq üçün paylayıcı şəbəkə ilə yanaşı ölkənin əsas elektrik enerjisi istehsalçısını da öz mülkiyyətinə keçirməyə çalışır. İrəvan isə görünür buna razı deyil, AES-i hansısa formada Avropa İttifaqının himayəsinə vermək istəyir.
Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?

Metsamor AES

Əgər Metsamor AES-lə bağlı məsələni çıxsaq belə görünür ki, Rusiya hələlik razılaşmanın qalan hissəsinə qarşı deyil. EurasiaNet.org-a açıqlama verən İrəvandakı həmin avropalı diplomat Rusiyanın məsələyə münasibəti haqda bunları deyir: “Rusların doğrudan da Ermənistana baş qoşmağa həvəsləri yoxdur. Onları hərbi bazaları maraqlandırır. Onlar burada-Türkiyə ilə, İranla sərhəddə öz əsgərlərini saxlamaq istəyirlər, habelə ruslar öz sülhməramlılarını Dağlıq Qarabağa göndərməyə çox can atırlar. Onları maraqlandıran bax bunlardır”.

Diplomat deyir ki, danışıqlar prosesində Ermənistan Aİ ilə razılaşmanın Avrasiya İtifaqı çərçivəsndə götürdüyü öhdəliklərə zidd olmamasına çox həssas yanaşırdı. İrəvan danışıqlarda o qədər ehtiyatlı imiş ki, diplomat hətta Ermənistanın Aİ ilə danışıqlardakı mövqeyini zarafatla belə xarakterizə edib: “Biz sizinlə işləmək istəyirik, bir şərtlə ki, Rusiya icazə versin, bizə bu əməkdaşlığın onların xoşuna gəlmədiyini deməsin”.

Bəs Rusiya bu məsələdə son və qəti mövqeyini deyibmi? Əgər avropalı diplomatın dediyi kimi “Lavrov yaşıl işıq yandırıbsa” bu, Moskvanın qəti mövqeyi hesab oluna bilərmi?

Sərkisyanın çox riskli və xəlvəti oyunu: Putin nə deyəcək?


Bu suallar hələ açıq qalır, xüsusən Lavrovun Kremldə Ermənistanın əsas lobbiçisi olduğu nəzərə alınarsa. Məsələdə son sözü Putin deməlidir və istisna deyil ki, noyabra qədər Ermənistanın Aİ ilə razılaşmasında nəsə onun xoşuna gəlməyəcək.

O zaman İsgəndəryanın dediyi kimi tapançanı cibdən çıxarıb Sərkisyanın qarşısına qoyacaqlar və növbəti dəfə onu məcbur edəcəklər ki, Avropa İttifaqı ilə razılaşmanın baş tutmadığını elan etsin. Nəticədə Sərkisyanın vassal imici daha da möhkəmlənərdi və Avropanın Şərq Tərəfdaşlığı təşəbbüsü növbəti dəfə ələ salınmış olardı.

Əks halda 2014-cü ildə Ukraynanı Assosiasiya sazişinə görə parçalayan, müharibə girdabına sürükləyən Rusiya Ermənistanın Avropa İttifaqı ilə bu sazişdən çox az fərqlənən yeni razılaşma imzalamasına necə göz yuma bilərdi? Bu, Sərkisyan üçün çox riskli oyundur və təkcə Lavrova arxalanmağa dəyməz, payızı gözləmək lazımdır...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 iyul 2017 15:10
  • Yazan: cshang
This season’s chic leather offerings come with much more christian louboutin outlet uk palatable names to integrate with your cheap oakley sunglasses grown-up COS and Net-a-Porter wardrobe. Referring to them as hip packs or belt bags - the favoured monikers of replica miu miu handbags the moment - does wonders to dispel any memories of late Eighties stonewashed denim bum bags teamed with dodgy purple shellsuits at Longchamp Outlet the school disco.

  • #2
  • 27 iyul 2017 12:36
  • Yazan: high quality replica
The Montblanc?Replica watches?Uk?TimeWalker Pythagore?Rolex Daytona?Concept watch appear today is all about getting ultra light, as is absolute in its name. How ablaze is it??Replica watches UK?claims it is one of the lightest?Replica handbags?in the world, at just 14.88 grams. This is accomplished through?Replica rolex’s use of abstracts as able-bodied as skeletonization, so let’s ascertain absolutely how this is done and some admirable new failing composites.

  • #3
  • 3 yanvar 2018 12:30
  • Yazan: Ayushman
Microsoft Toolkit
Excellent posts to read keep it up and keep going on this way. And keep sharing these types of things Thanks
Waiting for the next post.

Free Malwarebytes
Excellent and nice article. when user want to get important information then visit our site.

Download The Sims 3 TorrentThis is very much a work in progress whenever I find out about one who is more beautiful than any of these I will add her and kick out number ten Thanks for sharing the informative post.

Idm Crack Download Free
I should say thank you very much for this thought. It gives me more knowledge on this issue.

Wondershare Video Converter Ultimate Crack

Great tips and very easy to understand. This will definitely be very useful for me when I get a chance to start my blog.

Zenmate Premium CodeThanks your post it really so helpful......

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *