Ekspert: "Qərb üçün nə Dağlıq Qarabağ, nə Bakı, nə də İrəvan maraqlıdır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ekspert: "Qərb üçün nə Dağlıq Qarabağ, nə Bakı, nə də İrəvan maraqlıdır"

Ekspert: "Qərb üçün nə Dağlıq Qarabağ, nə Bakı, nə də İrəvan maraqlıdır"


Məşhur Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev oxu.az-ın suallarını cavablandırıb. Virtualaz.org toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni öz oxucularına təqdim edir:

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Rusiya əleyhinə olduğu hesab edilən Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitindən sonra RF-yə səfər edib. Aİ-nin bu proqramına Bakının xüsusi münasibətini, Assosiasiya barədə razılaşmanı imzalamaqdan imtina və bununla yanaşı, Rusiya ilə münasibətin dərinləşməsini necə qiymətləndirirsiniz?

- Bu mövqe hörmətə layiqdir. Ən azından o, Rusiya ilə münasibətin “Şərq tərəfdaşlığı”na “sədaqət andından” daha vacib olduğunu anlayan Azərbaycan rəhbərliyinin müdrüklüyünü göstərir. Şərq tərəfdaşlığının ritorikası əsasən sözlərdir, yaxın qonşu ilə münasibət isə reallıqdır. Reallığı sözlərdən üstün tutmaq əlbəttə ki, müdrük qərardır. Bundan başqa, həm Azərbaycan, həm də digər dövlətlər “Şərq tərəfdaşlığı”ndan gözlədiklərindən az şey əldə etdilər. Mənim fikrimcə, Avropa İttifaqı xarici siyasət istiqamətində geriləyir. Vəd, ideologiya, özünüreklam, dəyərlər haqqında söhbətlər real imkanları çox geridə qoyur.

Yəni, sözdə Aİ hamını yanına çağırır və firavan həyat vəd edir, amma işdə isə Avropa layihəsinin inkişafında daha çox iqtisadi və konseptual problemlər yaşayır. Mən Assosiasiyanı imzalayanları demirəm. Aİ-nin bəzi həqiqi üzvlərinə baxın. Yunanıstan, Bolqariya, Rumıniya – Avropa İttifaqında üzvlükdən nə qazandılar? Onlara nə vaxt isə vəd edilənlərdən və onların ümid etdiklərindən praktiki olaraq heç nə. Çoxlarının hətta itirdikləri oldu.

- Yeri gəlmişkən, Siz sammitin Rusiya əleyhinə olduğu fikrini bölüşürsünüz?

- Bu sammit məhz Krım və Ukrayna böhranı məsələsi müzakirəyə çıxarıldıqdan, sonra isə müvafiq mətn yekun bəyanatına əlavə edildikdən sonra Rusiya əleyhinə oldu. Sadəcə fakt üzrə əgər bəyanat Rusiyanı qınayırsa, deməli o, Rusiya əleyhinədir. Baxmayaraq ki, Belarus, Ermənistan və Azərbaycan bu effekti bir qədər sarsıtdılar və bu məsələ üzrə sammit daxildə bölündü.

- Moskvada E.Məmmədyarov bəyan edib ki, yalnız Ermənistan ilə ərazi münaqişəsi tənzimləndikdən sonra Bakının və Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı istisna edilmir. Azərbaycanın bu yaxınlarda Avrasiya İqtisadi İttifaqında üzvlük imkanına necə baxırsınız? Bu hər iki tərəfə nə verə bilər?

- Mən hələ ki, Azərbaycan-erməni təzadlarının tam tənzilənməsini pis təsəvvür edirəm. Buna görə də əgər Bakı Avrasiya İqtisadi İttifaqı ilə bu əməkdaşlığı bu məsələ ilə sərt şəkildə qarşılaşdırırsa, Azərbaycanın bu qurumda üzvlüyü yaxın bir zamanda gözlənilmir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə əməkdaşlıq etməsi, dolayı yolla da ittifaqın özü ilə əməkdaşlıq etməsi ayrı məsələdir. Sadəcə hüquqi baxımdan bu üzvlük formatında həyata keçirilməyəcək və mən hesab edirəm ki, bu, doğru olardı. Sadəcə sağlam düşüncə məntiqi buna istiqamətlənir. Müdrüklük bütün istiqamətlərdə təzahür etməlidir.

- Rusiya və Azərbaycan XİN rəhbərlərinin nəticələrinə görə, Qarabağ üzrə razılıqların əldə edilməsi üçün real bazanın olması qeyd edildi və hətta bu məsələyə dair müəyyən optimizm də dilə gətirildi. Münaqişə zonasında gərginliyin yeni dalğasından sonra münaqişənin həllində irəliləyişlərin ehtimalı nə dərəcədədir?

- Mən fala baxa bilmərəm, belə ki, bu ifadələrin pərdəarxası təfərrüatlarından xəbərsizəm. Aydındır ki, buna müəyyən əsaslar var. Amma bu prosesin İrəvanın mövqeyindən heç cür yan keçə bilməyəcəyi də aydındır. Bu proses ilk növbədə ikitərəflidir, Rusiya isə ən yaxşı vasitəçi rolunu oynaya bilər. Bu rola isə həm Rusiya, həm də digərləri dəfələrlə uğursuz yanaşıblar. Baxarıq, bəlkə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra Moskvanın bu məsələdə irəliləyişə ümidi yaranıb.

- Rəsmi Bakı Avropa İttifaqı ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə münasibətindən narazılıq bildirib, bu, Riqada “Şərq tərəfdaşlığı” sammitində təzahür edib. Aİ və ümumiyyətlə, Qərb ilə müqayisədə Rusiyanın malik olduğu vasitəçilik potensialının Azərbaycanın xarici siyasətində müəyyənedici rol oynaması fikrini necə şərh edərdiniz?

- Açıq desək, nə Dağlıq Qarabağ problemi, nə Bakı, nə də ki İrəvan Qərb üçün maraqlıdır. Mən tamamilə əminəm ki, bizim hamımıza ruslar da daxil olmaqla, onlar üzərində geosiyasi təcrübələrin aparılması mümkün olan ikinci dərəcəli insan kimi baxırlar. İndi onları Ukrayna eksperimenti maraqlandırır. Çünki bu məsələ onlara müxtəlif fikirlərə görə daha perspektivli görünür və Qarabağ məsələsi ilə məşğul olmağa vaxtları yoxdu.

Bu mənada Rusiya ilə dialoq aparmaq əlbəttə ki, hər zaman rahat olacaq. Sadəcə bizdə ümumi anlayışlar çoxdur və bizə bir-birimizi anlamaq daha asandır. Amma mən ümid edirəm ki, bu, ani “ox” deyil, düşünülmüş və yetərincə uzunmüddətli praqmatik seçimdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *