Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü

Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsi İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası dövlət sərhədinin yarılması və şərti qaçaqmalçıların Dağlıq Qarabağ ərazisinə keçmək cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərin keçirilməsi ilə bağlı iki gün əvvəl yaydığı xəbərə təkzib verib və onun mətnini dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə Erməni KİV-i məlumat yayıb.

Xatırladaq ki, əvvəlki məlumatda Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçilərinin birgə hərbi təlimlərə başladıqları bildirilirdi. Vurğulanırdı ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların “Dağlıq Qarabağ Respublikası”na keçməsinin qarşısının alınması ssenarisi sınaqdan keçirilib.

“İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb”, - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatında deyilirdi.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dünən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilmişdi.

Elçin Quliyev Rusiyaya etiraz bildirdi, Federal Təhlükəsizlik Xidməti “Qarabağ”ı götürdü


Yuxarıda haqqında bəhs etdiyimiz dəqiqləşdirmədə Rusiya Sərhəd Qoşunları Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlimin keçirilməsi ilə bağlı məlumatı təkzib edib.

Məlumatda göstərilib ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib.

Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin (Ermənistan-İran sərhəd hissəsi-red.) köməyi ilə ələ keçirilmə ssenariləri işlənib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *