İstehlakçıların su təchizatının dayandırılması halları artırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

İstehlakçıların su təchizatının dayandırılması halları artırıldı

İstehlakçıların su təchizatının dayandırılması halları artırıldı

Azərbaycanda “Sudan istifadə Qaydaları”na dəyişikliklər edilib.

Trend-in məlumatına görə, yeni dəyişikliyə əsasən, istehlakçıları xəbərdar etmək şərtilə onların su təchizatının dayandıra bilmə halları artırılıb.

Yeni dəyişikliyə uyğun olaraq, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatı istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandırıla bilər.

Hazırda istehlakçının müvafiq yazılı müraciəti, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar dövlət standartlarının tələblərinə cavab vermədikdə, məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda istehlakçının su təchizatı dayandırıla bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *