Facebookun azərbaycanlı istifadəçiləri "susmaq" qərarını verdilər
Facebookun Azərbaycan istifadəçiləri Zəhranın ölümünə etiraz olaraq Facebookda 1 gün susaraq etiraz etməklə məsələnin dünya ictimaətinə çatdırılmasını istəyirlər.
Bu barədə ideyanın müəllifi Vüqar Abbasov AzNews.info-ya açıqlama verib:
"Son olaylardan sonra çoxsaylı statuslar yazıldı, mitinq etmək təkilifləri və sairə gəldi. Hamısı anlaşılandı, ancaq son olayı ona görə "son olay" adlandırırq ki, bu ilk deyil. Biz bu cür olayların son olmasını istəyirik. Ancaq vəziyyət bu cür davam edərsə, bu kimi olayların davam edəcəyini də gözəl anlayırıq. Təklifim isə budur ki, gəlin bu dəfə danışmayaq, susaq. Susmaq da bir etirazdır. Ancaq necə susaq: Facebookda bir gün təyin edək ki, filan günü Azərbaycandan olan heç kim, heç bir azərbaycanlı facebookda status yazmayacaq. İllərdir torpaqlarımızın Ermənizstan tərəfdən işğalda olmasına, Xocalı soyqrımına və bizə qarşı baş vermiş digər haqsızlıqlara dünya dövlətlər susduğu üçün, biz də bir gün susaraq onlara etiraz edirik. Bu məzmunda bir mətni ingilis dilində bir satus kimi yazaq qruplarda və.s. paylaşaq və bütün dostlarımızdan xahiş edək ki, paylaşsınlar. Təyin olunan gündə isə bu postu oxumuş olan kimsə facebookda bir şey paylaşmasın. Eyni məzmunlu məktubu bir əlavəsi ilə birlikdə ki,biz filan gün, filan mqəsədlə, filan aksiyanı keçirəcəyik deyə bütün dünyanın tanınmış media qrumlarına (həmçinin hər kəs öz yaşadığı ölkədə) göndərək. Faceboob böyük qüvvədir, milyonlarla insanın, bir ölkə əhalisinin haqsızlığa etiraz olraq facebookda status yazmaması böyük səs-küy yarada bilər. İnanıram ki, bu cür addımımız həm facebookun, həm də bir çox dünya mətbuatının diqqətini çəkəcək."
Yaxın zamanda, aksiyanın keçirilməsi üçün gün təyin olunacaq. Ümid edirik, məsələyə göz yuman dünya mətbuatı bu xəbərə biganə qalmayacaq.
Əlavə məlumatlar aksiyanın rəsmi qrupundan əldə edə bilərsiniz.
Mənbə:> AzNews.info