Bakı otelləri kütləvi ixtisar xəbərini təsdiqləmir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakı otelləri kütləvi ixtisar xəbərini təsdiqləmir – FOTO

Bakı otelləri kütləvi ixtisar xəbərini təsdiqləmir

Azərbaycanın otel şəbəkələrində işçilərin kütləvi şəkildə ixtisar olunacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, ixtisarı gözlənilənlərin əksəriyyəti Bakıda yerləşən otellərdə çalışan işçilərdir.

Bakı otelləri kütləvi ixtisar xəbərini təsdiqləmir


"İxtisarlar yalnız müvəqqəti çalışan personala aid deyil, söhbət həm də daimi əməkdaşların ixtisarından gedir. İxtisar işçilərin təxminən 10-15 faizini əhatə edə bilər. Turizm mövsümünün qızğın çağında işçilərin işdən çıxarılması onların sayının çoxluğu ilə izah edilir. 2017-ci ilin əsas beynəlxalq tədbirləri – IV İslam Həmrəyliyinin Oyunları, “Formula-1” Qran-Prisi artıq geridə qalıb. Hazırki turist axını otel şəbəkələrinin kifayət qədər dolmasına imkan vermir. Buna görə də, mehmanxanalar xərclərdə qənaət etməyə məcbur qaldığından personalın ixtisarına başlayıb”, - deyə abc.az qeyd edir.

Virtualaz.org bu məlumatla bağlı Bakının bir çox əsas otel şəbəkələri ilə əlaqə saxlasa da, məlumatı təsdiqləyən olmayıb. Otellərdən hər hansı kütləvi ixtisardan söhbət getmədiyini bildirdilər.

Bakı otelləri kütləvi ixtisar xəbərini təsdiqləmir


“Hilton” oteldən verilən məlumata görə, onlarda heç bir ixtisar aparılmır: “Bunu sizdən eşidirik. Bizdə hər hansı ixtisar yoxdur”.

“Qafqaz Baku City Hotel”in əməkdaşı da hər hansı kütləvi ixtisarın olmadığını bildirdi: “Bizdə hər hansı kütləvi ixtisar yoxdur və gözlənilmir də. Ola bilər hansısa əməkdaş işdən çıxarılsın və onun yerinə yenisi gətirilsin. Amma bu hansısa maliyyə çatışmazlığı ilə, böhranla bağlı deyil”.

“Hyatt Regency” otelinin kadrlar şöbəsindən heç bir ixtisar olmadığını bildirdilər. “Four Season”, “Abşeron” otellərindən də eyni cavabı aldıq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *