Banklarda yeni ixtisar dalğası gözlənilir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Banklarda yeni ixtisar dalğası gözlənilir

Banklarda yeni ixtisar dalğası gözlənilir


Azərbaycan banklarında yeni ixtisar dalğası gözlənilir.

Aznews.info xəbər verir ki, “Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, bir sıra iri banklar çoxsaylı işçi ixtisarına hazırlaşır. İxtisarların yüzlərlə olacağı bildirilir.

Bankların satışları (kreditlərin verilməsi) azaldığından işçi artıqlığı yaranıb. Banklar filiallarını bağlayır və ya birləşdirir. Onlayn xidmətlərə (internet bankinq, mobil bankinq) keçid başladığından işçilərə təlabat azalıb. Banklar xərclərini azaltmaq üçün işçilərini ixtisar etmək məcburiyyətindədirlər.

Son rəqəmlərə görə, banklarda 17 min nəfər çalışır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı məlumata görə, banklar təkcə ötən ilin sentyabr-noyabr dövründə 482 nəfəri ixtisar ediblər.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Мы уже многон обсудили, в том числе и это
-----
http://aktivator-windows.net/load/aktivatory_dlja_windows_7/aktivator_windows_7_
loader_extreme_edition/1-1-0-16

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *