Estoniyanın XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Estoniyanın xarici işlər naziri Sven Mikser iyunun 12-də Azərbaycana rəsmi səfərə gəlir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məumata görə, səfər çərçivəsində nazir Sven Mikserin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Mənbə:> Oxu.Az