Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı

Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı

Azərbaycanlı hakerlər ABŞ-dakı güclü erməni diaspor təşkilatı olan Amerika Erməni Assambleyasının saytına hücum edərək dağıdıb, orada Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ-da nəşr edilən erməni qəzeti “Massis Post” yazır. Hücumu “Anti-Armenian Team” haker qrupuna daxil olan və özlərini “The Conficker” adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Azərbaycanlılar hücum etdi, Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı


Hücumdan dərhal sonra Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib vəkiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər “genosid məsələlərini” araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *