ABŞ oliqarxlara sanksiya tətbiq edir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ oliqarxlara sanksiya tətbiq edir

ABŞ oliqarxlara sanksiya tətbiq edir

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur. Virtualaz.org xəbər verir ki, bunu ABŞ-ın İrəvandakı səfiri Riçard Milz 168.am-a müsahibəsində deyib.

Səfir bildirib ki, seçkilər Ermənistanda “demokratiyanın inkişafı baxımından irəliyə addım” olsa da onlar seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan istifadə halları qeydə alıblar. Və ABŞ səfirliyinin qeydə aldığı bu faktlar digər beynəlxalq müşahidəçilərin qiymətləndirmələri ilə üst-üstə düşür. “Biz hökuməti bu faktların və məlumatların araşdırılmasına çağırmışıq”, - diplomat deyib.

ABŞ oliqarxlara sanksiya tətbiq edir


Riçard Milz əlavə edib ki, Ermənistanda seçki prosesinə əngəl yaradanlar və seçicilərin ələ alınmasını təşkil edənlər bundan sonra ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi proqramlarda iştirak etməyəcəklər.

Xatırladaq ki, Ermənistanda seçkcilərin pulla ələ alınmasından və inzibati resurslardan hakim Respublika partiyası və partiyanın siyahısında olan oliqarxlar geniş istifadə edib. Seçicilərin ələ alınması halları o qədər geniş tətbiq olunub ki, bu seçkiləri oliqarxların pul kisələrinin yarışı da adlandırırlar. Doğrudur, ABŞ səfiri konkret adlar açıqlamayıb, lakin ABŞ-dan maliyyələşdirilən proqramlara və tədbirlərə iştirak qadağasının məhz seçki prosesinə inzibati təsir edən məmurlara və oliqarxlara yönələcəyi aydındır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *