Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib » AzNews.info -Xəbər portalı

Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib

Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib

Bu yaxınlarda Mariya Vladimirovna Zaxarova yeni əzabkeş adamın- Aleksandr Lapşinin məsələsinə toxundu. Zaxarova bloqerin, hansı ki, Rusiya ilə olduqca adi və şərti əlaqəyə malikdir, taleyi haqqında suala cavab verərkən açıq bildirdi ki, Xarici İşlər Nazirliyi bu məsələni nəzarətdə saxlayır.

Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib


Rusiya üçün Lapşin əzabkeş adam deyil. Rusiyanın xarici siyasət doktrinası liberal azadlıqların müdafiə edilməsi himayəsi altında başqa dövlətlərin daxili işlərinə müdaxilə hüququnu istisna edir. Bu, Rusiya Xarici İşlər Nazirliyinin, hansı ki, Dövlət Departamentini və Qərbin xarici siyasət institutlarını müstəqil dövlətləriin suveren hüquqlarının kobud pozulmasını liberal azadlıqların müdafiəsi ilə izah etdiklərinə görə ittiham edir, taxçası deyil. Məhz bu səbəbdən cəzalandırılmış bloqerin taleyi ətrafında Mariya Vladimirovnanın son vaxtlar tez-tez səslənən bəyanatları Bakıda təəccüb doğurur.

Lapşin repressiyaya məruz qoyulmayıb, cəzalandırılıb. Bu aksioma indiki Kremlin siyasi fəlsəfəsinə əsaslanır. Rəsmi Bakı da bu dəyərlər sisteminin tərəfdarıdır və okeanın o tayından tez-tez yayılan yersiz bəyanatları cavabsız qoymur. Niyə yayılan? Ona görə ki, Trampın yeni administrasiyası vaxtilə ABŞ-ın beynəlxalq dünya liberalizminin maraqlarına əsaslanaraq elan etmiş olduğu qlobal hökmranlıq nəzəriyyəsini, hansı ki, beynəlxalq hüquq subyektlərinin işlərinə mütləq müdaxiləni nəzərdə tuturdu, rədd edib. Tramp özü isə vəd verib ki, bundan sonra daha belə bəyanatlar olmayacaq.

Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib


Amma Mariya Vladimirovna, ola bilər ki, başqa ölkənin qanunlarını pozmuş bloqer haqqında qayğını Lapşinin Rusiya pasportu daşıması ilə izah etsin. Baxmayaraq ki, Lapşin Rusiyada epizodik hallarda peyda olub, amma o yenə də bu ölkənin vətəndaşıdır. Amma Lapşinin balaqları başqa pasportlarla da doludur. Onda İsrail pasportu var. Hətta Ukrayna pasportu da aşkarlanıb! Ancaq nə İsrail, nə də Ukrayna bütöv bir ölkəni öz hədəfi seçmiş vətəndaşının taleyinə görə Mariya Vladimirovna kimi, təşvişə düşməyib...

Bəlkə Rusiya, deyək ki, İsraildən və ya Ukraynadan fərqli olaraq mətanətlidir, özünün bütün ümidsiz vətəndaşlarına görə güzəştsiz və qətiyyətli mübarizə aparır? Əlbəttə, bu alqışlanası və böyük dövlətlərə layiq hərəkətdir!

Azərbaycanda Mariya Vladimirovnanın və bütovlükdə Rusiya Xarici İşlər Nazirliyinin son dərəcə dəqiq münasibətinə bəlkə də məhz belə yanaşardılar, əgər Lapşinlə müqayisədə Rusiyanın başqa vətəndaşlarının işlərinə fərqli baxış sərgiləyən böyük bir "əmma" olmasaydı.

Məsələn, Rusiyanın başqa vətəndaşının – Dilqəm Əsgərovun işini götürək.

Qarabağ əsiri D.Əsgərovun işi bədbəxtliklərinə və əzablarına görə, Lapşinin işindən, demək olar ki, fərqlənmir. Fərq yalnız ondadır ki, Əsgərov bloqer deyil və ciblərində başqa ölkələrin pasportlarını gəzdirmir. Onda yalnız bir ölkənin pasportu var – Rusiyanın. Əsgərovun günahı nədir? O da Lapşin kimi Ermənistanın işğal etdiyi ərazilərə baş çəkib. Ancaq Lapşin Azərbaycanın qanunlarını pozaraq ölkənin ərazisinə qanunsuz girdiyi halda, Əsgərov qanuni əsaslarla Azərbaycan ərazisindəydi və ölkənin daxilində tam azad hərəkət etmək hüququna malik idi.

D.Əsgərov əslən ermənilər tərəfindən zəbt edilmiş Kəlbəcər rayonundandır və o öz əcdadlarının torpaqları ilə bağlı hisslərinə və fikirlərinə hakim ola bilməyərək təhlükələr, hətta həlak olmaq ehtimalı qarşısında geri çəkilməyib və Qarabağa görünməyən dar dağ cığırları ilə daxil olub. Ola bilsin, düşünülməmiş və şübhəli hərəkətdir. Amma Əsgərov cinayət törətməyib! Buna baxmayaraq separatçı hakimiyyət onu həbsə atdı, üstəlik casusluqda suçlayaraq ömürlük cəzaya məhkum etdi. Əsgərov dağlar və meşələr vasitəsilə öz əcdadlarının qəbirlərinə yaxınlaşarkən kimləri izləyirdi? Və əhalisiz Kəlbəcərdə nə tapmaq, görmək olardı?

Axı Əsgərov üçün Rusiyadan prezident İlham Əliyev xahiş edib


Mümkündür ki, Rusiya Xarici İşlər Nazirliyinin məntiqinə görə Lapşin də cinayətlər etməyib. Amma bu halda soruşmaq olar–Lapşinin hərəkəti Əsgərovun cəsur və qorxmaz hərəkətindən nə ilə fərqlənir? Xüsusən də nəzərə alınsa ki, Lapşini Qarabağla heç nə bağlamır, amma Əsgərov bütün keçmişi və bu günü ilə bu torpaqla bağlıdır, hansında ki, onun əcdadları uyuyurlar və həmyerlilərinin qanı tökülür.

Mariya Vladimirovna qətiyyətlə bildirir ki, Lapşinin işi Rusiya Xarici İşlər Nazirliyinin nəzarəti altındadır. İcazə verin soruşaq: onda niyə başqa Rusiya vətəndaşı - Əsgərovun işi xarici siyasət idarəsinin nəzarəti altında deyil? Bu nə fərqli yanaşmadır?! Nəyə görə, Rusiyanın nöqteyi-nəzərindən, Lapşinə verilən icazə Əsgərova verilmir?! Niyə Lapşin yeni liberal dünyadan sonsuz və tam istifadə edə bilər, amma Əsgərovun hərəkəti casusluq kimi qiymətləndirilir?

Lapşin üçün kim xahiş edirdi? Ermənistan? Nə İsrail, nə də Ukrayna öz vətəndaşının taleyinə o qədər dərin maraq göstərmir. Səs-küy yalnız Yerevanda qaldırılmışdı. Amma başqa Rusiya vətəndaşı Dilqəm Əsgərov üçün Azərbaycan prezidenti İlham Əliyev xahiş edib. Hələ iki il əvvəl Soçidə üç prezidentin avqust görüşündə İ.Əliyev Serj Sarkisyanın iştirakı ilə Rusiya vətəndaşı Əsgərovun ailəsinin ərizəsini prezident Vladimir Putinə çatdırdı...



Əsgərovun məsələsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşlərində dəfələrlə Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarov da qaldırıb. Əfsus, bu günə kimi biz Mariya Vladimirovnanın dilindən öz vətəndaşının bu günü və gələcəyi ilə bağlı narahatçılığı əks etdirə biləcək bircə ifadə də olsun eşitməmişik. Lapşin həbs cəzasını qanuni həbsxanada çəkir, vəkillərlə görüşür, telefon hüququndan istifadə edir, ailə üzvləri ilə ünsiyyət saxlayır, amma Əsgərovu harada gizlədiblər – bu daha bir böyük sual olaraq qalmaqdadır!

Əsgərovun işində Avropa Konvensiyasının ən azı iki maddəsi pozulub. Onun iki əsas – azadlıq və ədalətli məhkəmə təhqiqatı hüquqları pozulub. Əgər Lapşini qanuni məhkəmə həbs edibsə, Əsgərovu dünyaın heç bir yerində tanınmamış yarımhərbi instansiyalar linç ediblər. Və bu Rusiya Xarici İşlər Nazirliyinin mübarizə apardığı Genevrə Konvensiyasının tələbləri ilə birbaşa ziddiyyət təşkil edir.

Azərbaycan üçün olduqca arzu edilməyən nəticə alınır: Rusiya Xarici İşlər Nazirliyi bədnam ikili standartları rəhbər tutur, hansılara görə ki, ABŞ-ı və Qərb ölkələrini daim ittiham edir. Deməli, əgər Əsgərov milliyyətcə azərbaycanlı olmasaydı, o öz ölkəsinin Xarici İşlər Nazirliyinin yüksək dəstəyinə və xüsusi diqqətinə bel bağlaya bilərdi?! Bundan başqa, Lapşinin üstünlüyü onda idi ki, o sosial şəbəkədə öz bloqunda yazı yazırdı, Əsgərov isə öz dəftərində, özü də şeirlər. Rusiyada Qərbin tənqidinə cavab olaraq həmişə bildirirdilər – biz öz vətəndaşlarımızı peşəkar fəaliyyət növünə görə yox, konkret cinayətlərə görə mühakimə edirik. Belə olan halda Əsgərovun "cinayəti" Lapşinin cinayətindən nəylə fərqlənir?!

Və bütün bu fərqli yanaşmalardan sonra Rusiya hakimiyyəti SSRİ-də doğulmuşlara Rusiya vətəndaşlığını qəbul etməyi və ikibaşlı qartalın əks olunduğu Rusiya pasportlarını almağı təklif edir?

Rusiya özünün günahsız və əsir edilmiş vətəndaşını separatçı rejimin cəngində tək buraxırsa, ona kim inanıb həmin təklifi qəbul edər? Əziz Mariya Vladimirovna, mən bax, bu suala cavab verə bilmirəm...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *