Türkiyədə əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Türkiyədə əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir

Türkiyədə əhalinin 51 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.

Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.

21:27

Türkiyədə keçirilən referendumda səslərin 96 faizinin hesablanmasından sonra əhalinin 51,49 faizi konstitusiyaya düzəlişləri dəstəkləyir.

AzNews.info Report-a istinadən xəbər verir ki, seçicilərin 48,51 faizi dəyişikliklərin əleyhinə səs verib.

20:19

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 81 faizi sayılıb.


AzNews.info APA-ya istinadən xəbər verir ki, bülletenlərin 81 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiya dəyişikliyinin lehinə, 46.4 faizi əleyhinə səs verib.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

18:13

Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başa çatıb.



AzNews.info xəbər verir ki, ölkənin seçki məntəqələri saat 19:00-da (Bakı vaxtı ilə saat 18:00-da) qapanıb.

09:24

Bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.

Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslərin nəticəsi ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *