ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı?

ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı?

Sabah, aprelin 15-də KXDR hökuməti növbəti nüvə sınağını keçirməyə hazırlaşır. Bununla əlaqədar, Donald Tramp ölkəsinin hərbi-dəniz donanmasının əhəmiyyətli qüvvəsini Koreya yarımadası sahillərinin yaxınlığında yerləşdirib və ilk zərbəni həyata keçirməyə hazır olduğunu bildirib.

Şimali Koreya ABŞ-ın mümkün zərbəsindən çəkinmədiyini və ilk fürsətdə malik olduğu nüvə silahını işə salmaqla hədələyir. Bəs bu qorxunc ssenari nə dərəcədə realdır? Rusiya ordusunun ehtiyatda olan polkovniki, hərbi şərhçi Mixail Xodarenok ABŞ-ın və Şimali Koreyanın hərbi qarşıdurması zamanı mümkün variantlar barədə danışıb.

Amerika hərbi gəmiləri "Karl Vinson" aviodaşıyıcısının başçılığı altında Şimali Koreya sahillərinin 500 kilometrliyində keşik çəkməyə başlaylb. Döyüş qrupuna həmçinin raket kreyseri və iki raket esminesi də daxildir. Bu hərbi gəmilərin gücləndirilməsi ən qısa müddətdə Amerikanın Şimali Koreyaya güclü zərbə endirməsinə gətirib çıxara bilər.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Pentaqon tərəfindən hazırlanmış qlobal zərbənin konsepsiyası bir saat ərzində dünyanın istənilən ölkəsinə dağıdıcı zərbə endirilməsinə hesablanıb. Bu zərbələrin hava gücləri və aviodaşıyıcılar tərəfindən həyata keçirilməsi mümkündür. Amerikalılar bu üsullara ehtimal etdikləri rəqiblərinə təsir göstərmək imkanı kimi baxırlar. Şimali Koreyaya qarşı potensial müharibədə belə ssenarilərin reallaşdırılacağı istisna olunmur.

ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı?


ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinlə telefon söhbəti zamanı Şimali Koreya lideri Kim Çen Ina Amerikanın yalnız aviodaşıyıcılar deyil, həm də atom sualtı qayıqlarına sahib olduğunu çatdırmasını xahiş edib. “Koreya Xalq Demokratik Respublikasının nüvə silahını nümayiş etdirməsinə yol vermək olmaz. Hələlik onlarda nüvə silahlarını daşıyacaq vasitə yoxdur, amma bu onlarda olacaq", - Tramp vurğulayıb.

Koreya yarımadasında ABŞ-ın Hərbi-Dəniz Qüvvələri qruplaşmasının gücləndirilməsi üçün Yeddinci donanmadan da istifadə ediləcək. Bu donanmanın məsuliyyət dairəsinə Sakit okeanın qərb hissəsi və Hind okeanının şərq hissəsi daxildir. Hal-hazırda Yeddinci donanma ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin ən böyük birləşməsidir.

İlk növbədə, "Karl Vinson"nun yardımına Yeddinci donanmanın atom zərbə aviodaşıyıcısı "Corc Vaşinqton", idarə olunan raketlərlə təchiz olunmuş kreyserleri "Tikonderoqa", "Entietam" və "Şaylo", “Arli Berk" esminesi, "Con Makkeyn", "Fitscerald", "Stethem", "Lassen", "Makkembl" və "Mastin", "Çikaqo" atom sualtı gəmiləri, "Ki-Uest" və "Oklahoma-Şəhər" gələcək.

ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı?


Bir kreyserdə şaquli zərbə endirmək qabilliyyətinə malik 122 qurğu olur. Amerikalılar Kim Çen Inın susdurulması üçün Yeddinci donanmaya malikdir. Kim Çen Inın obyektlərinə mümkün zərbələr endirmək üçün sualtı gəmilər də cəlb olunacaq. Bu atom sualtı gəmiləri - ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin strateji təyinatını keçmiş raket sualtı kreyserləridir. Həmin armada ən yüksək məntəqələri, rabitə xətlərini, hava hücumuna qarşı müdafiə obyektlərini, nüvə poliqonlarını bir neçə dəfə dağıda bilər. Həm də bu elə qısa müddətdə baş verə bilər ki, Kim Çen In sərəncamında olan nüvə döyüş sursatlarından istifadə etməyə belə vaxt tapmaz.

Birinci raket-aviasiya zərbəsində dəniz qüvvələrindən qısa müddət ərzində ən azı 2500 qanadlı raket buraxıla bilər. Belə zərbə nəticəsində Kim Çen Inın öz kütləvi qırğın silahlarını tətbiq etmək imkanı çox məhdud olacaq. Bununla yanaşı, dövlət və hərbi idarəetmə sistemləri iflic vəziyyətinə düşəcək, hava hücumuna qarşı müdafiə obyektləri sıradan çıxarılacaq.

Əgər Koreya Xalq Demokratik Respublikasının rəhbərləri yeraltı bunkerlərdə özlərini və nüvə silahlarını gizlətməyi düşünürlərsə, amerikalılar onlar üçün bu halda da bir çox sürprizlər hazırlayıblar.

ABŞ-la müharibədə Şimali Koreyanın şansı varmı?


Belə ki, 2011-ci ildə ABŞ-ın Hərbi Hava Qüvvələri kütləsi 13,6 ton təşkil edən bunker əleyhinə yeni bombanı silahlarının sırasına qəbul ediblər. Həmin bomba 60 metr qalınlığında beton bunkeri dəlib keçmək imkanına malikdir.

ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin zəngin arsenalı arasında "bütün bombaların anası" adlanan bomba da var. Bu, ağır döyüş sursatıdır. "Bütün bombaların anası" bu gün dünyada ən böyük təyyarə bombalarından biridir. Bombanın çəkisi 9,5 tondursa, bunun 8,4 tonu partlayıcı maddənin özüdür. Qeyd edək ki, həmin silah dünən Əfqanıstanda ilk dəfə istifadə edilib.

Belə bir vəziyyətində Çenin öz partiya yoldaşları ilə birlikdə qaçıb gizlənmək şansı olmayacaq.

Görünür ki, məhz bu səbəblərdən aprelin 11-də Şimali Koreya istənilən hərbi təhlükəyə cavab olaraq nüvə silahından istifadə edəcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq edib. Əgər ABŞ sürətli qlobal zərbə strategiyasından istifadə edərsə, Koreya Xalq Demokratik Respublikasının öz nüvə silahından istifadə etmək imkanları böyük şübhə altına düşür.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *