Ərdoğan referendumun nəticəsini açıqladı
“Konstitusiya dəyişiklikləri üzrə referendumda 52 faizdən yuxarı “bəli” cavabını gözləyirik”.
AzNews.info publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D telekanalların ortaq birbaşa efirində deyib.
Qeyd edək ki, təklif olunan dəyişikliklər və əlavələr qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.
Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.
Dəyişikliklər və əlavələr ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.
Mənbə:> Publika.az