Ərdoğan "faşist" Avropası ilə münasibətləri təkrar gözdən keçirəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ərdoğan "faşist" Avropası ilə münasibətləri təkrar gözdən keçirəcək – REFERENDUMDAN SONRA

Ərdoğan "faşist" Avropası ilə münasibətləri təkrar gözdən keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident səlahiyyətlərinin genişlənilməsi haqda referendumdan sonra onun ölkəsi "faşist və amansız" Avropa ilə münasibətləri təkrar gözdən keçirə bilər.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki, bu bəyanatı o, martın 21-də Ankarada keçirilən mitinqdə çıxış edərkən səsləndirib.

"Bu Avropa - İkinci Dünya müharibəsinə qədər olan: irqçi, faşist, amansız Avropadır. Antiislam və anti-Türkiyə Avropa”, - deyə agentlik çıxışdan sitat gətirib.

O qeyd edib ki, referendum Avropaya ən yaxşı cavab olacaq.

Prezident həmçinin vurğulayıb ki, Avropa Birliyinin hakimiyyəti dövlətlərarası birləşməyə mümkün girişi bəhanəsi ilə Türkiyəyə daha təsir edə bilməyəcək. Bundan başqa, o əlavə edib ki, "izləmə apara" bilməsinlər deyə, heç bir Avropa siyasətçisini ölkəsinə buraxmayacaq.

Daha əvvəl AFR kansleri Angela Merkelin başçılıq etdiyi Xristian-demokratik partiyasının sədr müavini Folker Bufe bildirmişdi ki, Türkiyə prezidenti Almaniyada istənilməyən qonaqdır.

"Əgər o bura gələcəksə, mənim fikrimcə, biz onu buraxmağa məcbur deyilik, çünki bu bizim ölkəmizin təhlükəsizliyini hədələyir", - deyə siyasətçi qeyd etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *