Türkiyə - Rusiya dostluğu çat verdi? - İşin içində ABŞ var » AzNews.info -Xəbər portalı

Türkiyə - Rusiya dostluğu çat verdi? - İşin içində ABŞ var

Türkiyə - Rusiya dostluğu çat verdi? - İşin içində ABŞ var


Rusiya -Türkiyə xəttində nə baş verir?
Son iki gündə yaşananlar heç də xoş mətləblərdən xəbər vermirdi ki, olayların pik nöqtəsi bu saatlarda Tük sialhlı qüvvələrindən gələn açıqlama ilə yaşanıb.
İŞİD-i Əl-Babda nəfəsini kəsən türk ordusunun qərargahı "yanlışlıqla" rus qırıcıları tərəfindən vurulub.
Nəticədə 3 mehmetçik şəhid olub.
Rusiyanın belə bir "yanlış"ı bu gün verdiyi bəyənatdan sonraya təsadüf etməsi görək nədən xəbər verirmiş?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Botsanın "PKK" terror təşkilatı ilə bağlı verdiyi açıqlama böyük ajiotaj yaradıb. Belə ki, Rusiyanın XİN rəsmisi bildirib ki, rəsmi Moskva Türkiyədəki PKK və Suriyadakı YPG-ni terror təşkilatları kimi görmür.

Türkiyə - Rusiya dostluğu çat verdi? - İşin içində ABŞ var


İki böyük dost və son ayların ayrılmaz birliyinin arasında hansısa çatlardan su "dammağa" başlayıb.
Görünən odur ki, Əl-Babda Türkiyənin rahat və təkbaşına qələbəsini Rusiya həzm edə bilməyib və separatçılara sözdə dəstəklə qalmayaraq, silahını da işə salıb.

Hadisədən sonra rus lider Putin incə bir məharətlə Ərdoğana zəng edib, üzr əvəzinə başsağlığı verməklə kifayətlənib.
Anlaşılan odur ki, səfirin öldürülməsini də buna hesablayaq, əvəzi çıxıldı.
Amma yenə də iş tam deyil, yarımçıq qalan nəsə olmalıdır.

Türkiyə - Rusiya dostluğu çat verdi? - İşin içində ABŞ var


Daha bir fraqment də var: Trapm sələfindən fəqli olaraq, Ərdoğana isti münasibət göstərir və elə dünən bir saata yaxın Ərdoğanla müzakirələr aparıb.

Nəhayət, bu gün CİA şefi Mike Pompeo Ankaraya gəldi. Gündəmidnə də iki məsələ var: Suriya, terrorla mübarizə.

Ümumi mənzərə aydındır: ABŞ-la Türkiyənin münasibətlərinin istiləşməsi üçüncü tərəfin - Rusiyanın xoşuna gəlməyib,
Bunlar hələ ki, mümkün ehtimallardır.

Mənbə: Faktor.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *