Ruhani Moskvada Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ruhani Moskvada Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək

Ruhani Moskvada Rusiya-İran-Azərbaycan sammitini müzakirə edəcək


Rusiya-İran-Azərbaycan arasında üçtərəfli sammitin dəqiq tarixi İran prezidenti Həsən Ruhaninin Moskvaya səfəri zamanı və martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda müzakirə edilə bilər.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bəyan edib.

“İstisna etmirik ki, bu məsələ martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin İrana nəzərdə tutulmuş səfəri çərçivəsində və Həsən Ruhaninin Moskvaya martın sonunda gözlənilən səfəri zamanı müzakirə oluna bilər”, - deyə səfir bildirib.

Qeyd edək ki, ilk Rusiya-İran-Azərbaycan üçtərəfli sammiti ötən il avqustun 8-də Bakıda keçirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *