Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər – VİDEO

Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər


Almaniyanın Federal Kansleri Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, A.Merkel bu sözləri bu gün Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır.

A.Merkel ATƏT müşahidə missiyasının Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunmasını təklif edib.

Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A.Merkelin “islam terroru” ifadəsi Ərdoğanın etirazına səbəb olub.

““İslam terroru” ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Bu ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək deməkdir. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, - deyə Ərdoğan deyib.

Merkel isə cavab olaraq “islam” sözü ilə “islamçı” sözü arasında fərq olduğunu vurğulayıb:

“Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. “İslam” sözü ilə “islamçı” sözü arasında fərq var”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *