İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı


Düşünmək üçün şoka salan informasiya. Düz bir həftə öncə, yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə Azərbaycan hakimiyyətinə radikal müxalifətdə olan REAL hərəkatının mənzil-qərargahında olub və təşkilatın rəhbərliyi – icraçı direktor Natiq Cəfərli və İdarə Heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli ilə görüşüb.

Azərbaycan hökumətinin ən sərt tənqidçilərindən olan REAL-ın lideri İlqar Məmmədov dörd ildir ki, həbs cəzası çəkir.

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı


Müxaliflər və “realçı”lar sual verə bilərlər ki, burada təəccüblü nə var? Bu ki diplomatlar üçün adi praktikadır – vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşlər keçirmək və olduqları ölkədəki real vəziyyət barədə təsəvvür formalaşdırmaq. Doğrudur! Fəqət, təkrar edirik, Amerika yönümlü, yarandığı gündən Qərb donorları tərəfindən maliyyələşdirilən təşkilatın ofisinə İran nümayəndəsi təşrif buyurub. Əvvəllər, adəti üzrə, İran diplomatları, belə deyək, Ərdoğan dövrünə qədərki türkiyəli həmkarlarından fərqli olaraq, Azərbaycandakı Qərb yönümlü müxalifəti nümayişkaranə şəkildə saymırdılar. İndiyə kimi İran diplomatları ölkəmizdə müxalifət partiyaları ilə görüşlər keçirməyib, ələlxüsus da onların ofislərini ziyarət etməyiblər. Çünki Elçibəy işinin davamçılarının bir dövlət kimi İranı məhv etməyə səsləyən saymazyana və “vətənpərvər ruhlu” çağırışları İran siyasətçilərinin yaxşı yadındadır.

Və qəfildən. budur! İran diplomatları birbaş lideri hər il ABŞ-ın Qalifaksdakı hərbi bazasında toplanışlarda iştirak etmiş partiyanın mənzil-qərargahına yollanır.

Digər tərəfdən, Amerika yönümlü REAL hərəkatının liderlərinin məntiqini də anlamaq çətindir, xüsusilə ABŞ-ın yeni prezidentinin İrana münasibətdə açıq, gizlədilməyən və birmənalı mövqeyi fonunda.

Əlbəttə, REAL özünə yetərli səviyyədə kütləvi siyasi qurum kimi formalaşa bilməyib. Hərəkatın rəhbər heyəti milli-demokratik düşərgədən qopmuş bir ovuc müxtəlif səviyyəli tör-töküntüdən və üç nəfər intellektual blogerdən ibarətdir. Təşkilatda isə rəhbər heyətdən başqa kimsə yoxdur. Özləri qərar verir, özləri də icra edirlər. Nə sosial baza var, nə elektorat, nə də tərəfdar. Ofisdə yerləşmiş bir dərnək və virtual dünya. Böyük hesabla fəallar öz təşkilatlarının formatını hələ dəqiq müəyyən edə bilməyiblər – hərəkatdır, yoxsa partiyadır – lakin REAL Qərb yönümlü QHT-lərin tipik ofis planktonu təəssüratı bağışlayır.

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı


Məhz buna görə də, bu görüş ikiqat böyük maraq doğurur. Hansı səbəbdən İran Azərbaycanın daxili siyasətinə və ələlxüsus da Amerika yönümlü QHT-lərin fəaliyyətinə bu cür böyük maraq göstərir? Başqa, daha tikanlı sual isə ofis planktonuna istiqamətlidir – birdən-birə REAL-da nəyə görə ABŞ-ı şeytan, İsraili isə cin elan etmiş dini dövlətə maraq oyanıb? Doğrudanmı, guya altruizm və liberal dəyərlər nöqteyi-nəzərindən çıxış edən Qərb yönümlülərə bu dövlətin siyasi və ideoloji mahiyyəti belə az tanışdır? Bu nə siyasi akrobatikadır? Bəlkə istiqamət dəyişir: Qalifaksdan Məşhədə tullanırlar?

Hər halda, REAL-ın rəhbərliyi, daha dəqiq desək, onun hələ də azadlıqda olan hissəsi iranlılarla görüşləri barədə ictimaiyyətə məlumat verib: guya ki, ölkədəki ictimai-siyasi vəziyyət, İranla Azərbaycan arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib... Sən demə, iki saatlıq görüşdə realçılar çox mötəbər qonaqla ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etməyə imkan tapıblar! Siz dediniz, biz də inandıq!

Bəs realçılarla İran nümayəndələri arasında görüş barədə məlumatlı mənbələr nə deyir? Məlumatlılığına şübhə etmədiyimiz mənbələrə görə, görüşdə, doğrudan da, siyasi əməkdaşlıq müzakirə edilib. Fəqət İranla Azərbaycan arasında siyasi əməkdaşlıq deyil. REAL hələ də müxalifətin ən zəif bəndidir. Onlar ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etməyə səlahiyyətli deyillər, elə yəqin iranlılara da müxalifətin dərin qatlarında bərqərar olmuş strukturla ölkələr arasında əməkdaşlığı müzakirə etmək, çətin ki, lazım olsun.

Budur, məlumata görə görüşdə amerikayönümlü REAL hərəkatı ilə İran səfirliyi arasında əməkdaşlıq müzakirə olunub. Görüşdə əldə olunmuş konkret razılaşmaya görə REAL İran səfirliyi ilə müxalif “milli-demokratlar” arasında vasitəçilik öhdəliyini üzərinə götürüb, səfirlik isə öz növbəsində REAL-a vəd edib ki, onların İran istebleşmentinin nüfuzlu dairələri, xüsusən siyasi və dini təşkilatları ilə münasibətlər yaratmasında körpü olacaq. REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib.

İndi isə ən şok məqam. REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokralar üçün, eləcədə də liberal yönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür. Belə görünür ki, REAL da Əli Kərimlinin islamçı, liberal və milli-demokratların alyansının hakimiyyətlə mübarizədə güclü və effektiv vasitə kimi alternativinin olmadığı barədə konsepsiyasına meyl edir.

Ziddiyyətli görünür, lakin REAL-da bu haqda fikirləşməyiblər ki, ABŞ və Avropa İttifaqı İlqar Məmmədovun təşkilatının İran tərəfindən maliyyələşdiirlməsi barədə informasiyanı necə qarşılayacaq? Məhbus İlqar Məmmədovun məsələsini bu cür tez-tez aktuallaşdıran cənab Yaqland nə fikirləşəcək? Dövlət Departamentində buna necə baxacaqlar?

Belə çıxır ki, REAL ən utanmaz şəkildə “ikili agent” rolunu üzərinə götürür? Bəs prinsiplər necə olsun, uşaqlar? Bəs ideallar harada qalsın?

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı


Doğrudanmı hakimiyyət naminə siz özünüzün ən qatı ideya düşmənlərinizdən maliyyə qəbul etməyə hazırsınız? Maraqlıdır, REAL-da bunu bilirlərmi ki, əslində Mehdi Arifzadə hansı təşkilatı təmsil edir? Paralel olaraq bir neçə ölkənin kəşfiyyatı ilə işləmək və əməkdaşlıq etmək belə asandır? Allah özü REAL-a kömək olsun, lakin bizim İranın Bakıdakı səfirliyinə bəzi suallarımız var.

Nəyə görə İran Azərbaycanın daxili işlərinə qarışmağa başlayıb? Dost ölkə İran üçün nə dərəcədə məqbuldur ki, Azərbaycan hakimiyyətinə qarşı düşmən mövqeyi tutmuş qüvvələrlə müntəzəm görüşlər keçirsin? Niyə İran bu qüvvələrin hakimiyyət uğrunda mübarizəsini dəstəkləyir? Nəyə görə onlara pul verir? Bəyəm İran səfirliyi diplomatik nümayəndəliklər barədə Vyana konvensiyasının müddəaları ilə tanış deyil ki, səfirliyin nümayəndələri bu sənədin müddəalarını açıq və kobud şəkildə pozur?

Əgər İranda belə hal baş versəydi bu ölkənin hökuməti və dini rəhbərliyi necə hərəkət edərdi? Bizim Tehrandakı səfirliyimizin nümayəndəsi cənab Xamneyiyə və Ruhaniyə düşmən olan qüvvələrlə bu cür görüşüb onları maliyyələşdirə bilərdimi?

Azərbaycan, eləcədə İran üçün ağrılı olan bütün bu sualları mən İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi ilə söhbətimdə səsləndirdim. O, dinlədi və vəd etdi ki, ən yaxın vaxtlarda bu suallara rəsmi cavab təqdim edəcək.

İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı


Lakin bizim Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərlərinə də suallarımız var. Nə vaxta qədər siz bunlara göz yumacaqsınız və xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən müxalif fəallara tolerant münasibət göstərəcəksiniz? Bəyəm aydın deyil ki, həmin maliyyə sonradan hakimiyyətlə aktiv mübarizəyə, Azərbaycanda sosial və siyasi stabilliyinn sarsıdılmasına yönəldiləcək? Nəyə görə xarici ölkələrin xüsusi xidmət orqanları özlərini Azərbaycanda bu cür rahat hiss edir? Bizim xüsusi xidmət orqanlarımız dost adlandırdığımız həmin ölkələrin ərazisində özlərini bu cür sərbəst apara bilərmi?

Biz səbrsizliklə bu suallara cavab gözləyirik. Həm də bir çox başqa suallara, çünki bizə İran diplomatlarının və xüsusi xidmət agentlərinin Azərbaycan müxalifəti ilə təmaslarının artdığı barədə həyacanlı informasiyalar daxil olur. Haqqin.az İran diplomatları tərəfindən müxalifətin radikal hissəsinin maliyyələşdirilməsinə dair informasiyaları toplamaqda və analiz etməkdədir, ən yaxın vaxtlarda oxucuların diqqətinə yeni ifşaedici faktlar təqdim edəcəyik.

Bununla belə biz öz suallarımıza İran diplomatlarından və Azərbaycan xüsusi xidmət orqanlarından cavab gözləməkdəyik...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *