Nazarbayev hakimiyyətdən imtina edir – VİDEO
Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa təcili müraciətlə çıxış edərək, ölkənin müasir inkişafı məntiqinə söykənən hakimiyyətin bölüşdürülməsini ehtiva edən islahatlar barədə məlumat verib.
Virtualaz.org xəbər verir ki, Nazarbayev ölkənin qarşısında durduğu çağırışlara cavab verməli olduğunu diqqətə çatdırıb.
Qazaxıstan prezidenti bildirib ki, səlahiyyətlərinin əhəmiyyətli hissəsini parlamentə və hökumətə ötürür. Onun sözlərinə görə, güclü prezident üsuli-idarəsi ölkənin inkişafa başladığı, ayağa qalxmağa çalışdığı dövrdə lazım idi.
Bu islahatlarla bağlı Nazarbayev referendumun keçirilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdırıb.
Qazaxıstan prezidenti xüsusilə vurğulayıb ki, islahatların layihəsi üzərində xüsusi işçi qrupu çalışır və ölkə heç bir dövlətin mövcud idarəçilik modelini təkrarlamaq niyyətində deyil və unikal idarəçilik modeli yaradır.
Mənbə:> Virtualaz.org