Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu » AzNews.info -Xəbər portalı

Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu

Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu


Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun irəli sürdüyü bir iddia sosial şəbəkədə ciddi müzakirələrə yol açıb.

AFN xəbər verir ki, D.Məmmədov facebook səhifələrindən birində paylaşılan Gədəbəy rayonunun tarixinə aid məlumatı müzakirəyə çıxarıb. Məlumatda bildirilir:

"İran şahı Gədəbəyi erməni Ohon bəyə bağışlayır...
1696-cı ildə İran şahı Gəncə bəylərbəyliyinə məktub göndərərək bildirir ki, Gədəbəy əhalisi ilə birgə Osmanlı Türkiyəsinə qarşı müharibədə xüsusi fərqlənən, Naxçıvanda yaşayan Ohon bəyə bağışlayır və Gədəbəydə yaşayan əhalidən yığılan bütün vergilər də ona çatır".


Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu


Dövlət Məmmədov

Bu məlumata D.Məmmədovun facebook profilində etirazlar gəlib. İstifadəçilər bildiriblər ki, Ohon bəy əslində erməni yox, alban olub. Bundan başqa, məlumatın guya Azərbaycanın iki bölgəsi - Naxçıvan və Gəncə arasında ərazi iddiası olması qənaəti yaratdığını bildirən və buna etiraz edənlər də olub. AFN məsələ ilə bağlı tarixçilərin fikirlərini alıb.


Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu


Ramil Rüstəmov

AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Ramil Rüstəmovun sözlərinə görə, məlumat yanlışdır: "Guya 1696-cı ildə İran şahı Gədəbəyi erməni bəyinə verir. Əslində isə heç 1696 cı ildə İran adında nə coğrafi nə də siyasi məfhum mövcud deyildi. Bu anlayış 1935-ci ildə siyasi səhnəyə çıxıb. O dövrdə şah sultan Hüseyn (1694-1722) olmuşdur ki, o da səfəvilər hökmdarı idi. Səfəvi şahlarının yazışmalarında və ya məktublarında erməni adına təsadüf edilmir və belə bir sənəd də mövcud deyildir. Bu, yalan və iftiradır, Azərbaycan hökmdarlarının adına ləkə vurmaq üçün atılmış bir addımdır. Türkmənçay müqaviləsinə qədər Qafqazda və Azərbaycanda erməni olmayıb. Ümumiyyətlə Səfəvi şahları indiki Gürcüstan və Ermənistan ərazisini fəth edərkən həmin ərazilərə türk canişinləri təyin ediblər. Eyni zamanda bu ərazilərdə türk - Azərbaycan mədəniyyəti daim dominant olub".

Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu


Dilavər Əzimli

AMEA-nın aparıcı elmi işçisi Dilavər Əzimlinin sözlərinə görə, bu cür fikirlərin yayılması təhlükəlidir: "Üzümü Dövlət Təhlükəsizlix Xidmətinə tutaraq bütöv Azərbaycanın vətənpərvərləri adından bu məlumatı yayanların fəaliyyətinin yoxlanılmasını tövsiyə edirəm. Bu informasiya birbaşa ermənilərin mənafeyinə xidmət edir. Birincisi, o zaman Naxçıvanda erməni yox idi. Orada yaşayan xristian albanlar olublar. İkinsisi, o zaman İran adlı dövlət dünya xərtisənində olmayıb. O zaman Azərbaycan Səfəvilər dövlət adlı bir Türk dövləti olub. Bu yazını yazan da səfəvilərə nifrətini ortaya qoyur. Bu adam qanmır ki, Azərbaycan Səfəfi dövləti olmasaydı, bugünki bütöv Azərbaycan coğrafiyası olmayacaqdı. İran adı isə 1935-ci ildən ingilis-rus-fars işbirliyi nəticəsində ortaya çıxıb. Üçünsü isə Gədəbəy camaatı bu fikrə etiraz etməlidir. Bu insan Azərbaycanın bu tarixi ərazisinə özünün məzhəbi baxımından yanaşmışdır. Bu isə qəbuledilməzdir. Bu yazı ermənilərin dəyirmanına birbaşa su tökür. Dördüncüsü, qardaş Türkiyə ilə Azərbaycan arasına nifaq salınmasına xidmət edir. Bu adamın mənbələrdən xəbəri yoxdur və bu mənada yazdığının məsuliyyətini daşımalıdır. Bu adam həmin məktubu hansı mənbədən götürüb, onu dəqiq yazsın.
Biz Bütöv Azərbaycan Ocaqları olaraq bütün vətənpərvər saytları bu cür yazılar dərc edənlərə qarşı mübarizəyə çağırırıq. Azərbaycan özünün özəl keyfiyyətləri ilə xüsusi seçilən bir ölkədir. Bu ərazilərdə min illərlə çoxluq təşkil edən türklərlə, digər xalqlar çiyin-çiyinə yaşayıblar. O zaman hansısa ərazinin kiməsə bağışlanmasından söhbət gedə bilməzdi. Onda o zaman bu dövlətin ərazilərindən heç nə qala bilməzdi. Dövlətin bəylərbəylikləri var idi. Həmin ərazilərə onlar nəzarət edirdi. Dövlət töycüsünün kiməsə bağışlanması isə mümkün deyildi. Biz bu cür yazılara qarşı kəskin olmalıyıq! Bizə ötürülən Vətən adlı əmanəti göz bəbəyi kimi qorumalı və uğrunda hər zaman döyüşə hazır olmalıyıq!”

Gədəbəylə bağlı “tarixi” məlumat etiraz doğurdu


Ceyhun Nəbiyev

Gəbədəyli gənc fəal Ceyhun Nəbiyev də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, günümüzdə Azərbaycanı gözü götürməyən qonşu dövlətlərin təxribatçı məlumatlarından qorunmaq üçün sosial şəbəkərlərdə ayıq-sayıq olmalıyıq: "Bu mənada əsas məsələ tarix, təhlükəsizlik öndə dayanır. Ən böyük sosial şəbəkələrdən biri olan Facebook-da yönəticisi Dövlət Məmmədov adlı şəxs olan "Gedebeyin SESİ" adında səhifədə təxribat xarakterli məlumat yer alıb. Açıq-aşkar erməni təxribatı xarakterli yazının gədəbəyli ziyalı tərəfində işıqlandırılması fəal gədəbəyli gənclərin və ziyalıların ciddi narahatlığına səbəb olub. Gədəbəy gəncləri və ziyalılarına maraqlı olan daha bir məsələ isə ixtisası tarix olmayan birinin bu cür təxribat xarakterli heç bir mənbəsi olmayan və saxta mənbə göstərərək "tariximiz budur, bilməliyik" kimi məsləhət verməklə yazmasıdır. Məqsəd nədir ciddi suallar doğurur".

Mənbə: AFN.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *