Rusiya-Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu yaradılır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Rusiya-Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu yaradılır

Rusiya-Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu yaradılır

Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması gündəmdədir.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu “Parlamentskaya qazeta"da keçirilən Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan “Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı sərfəli əməkdaşlıq” adlı dəyirmi masada iştirak edən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

D.Savelyev Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək deyib ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupu yaradılması məsələsinin müzakirə olunduğunu söyləyib:

“Vladimir Jirinovski Türkiyə Parlamentində keçirdiyi görüşdə üç ölkənin parlament dostluq qruplarının birgə görüşlərinin keçirilməsini müzakirə edib. Türkiyə və Azərbaycan tərəfi də buna razılıq verib. Qrupun ilk iclasının Bakıda keçirilməsi planlaşdırılır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *