Yunanıstan qiyamçı hərbçiləri Türkiyəyə qaytarmayacaq – QƏRAR
Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək.
Türkiyənin müdafiə naziri Fikri İşık məsələyə münasibət bildirib. O, Yunanıstanı bu məsələdə müttəfiqlik mövqeyindən çıxış etməməkdə qınayıb.
Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi “Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb.
Mənbə:> APA