İsrail Azərbaycana təşəkkür etdi » AzNews.info -Xəbər portalı

İsrail Azərbaycana təşəkkür etdi

İsrail Azərbaycana təşəkkür etdi

İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.

AzNews.info-nun Report-a istinadən verdiyi məlumata görə, İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, Fransa və Rusiyanın kömək göndərdiyini açıqlayıb.

İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonunda da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir.

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *