Türkiyə Ermənistanla sərhədlərin açılması şərtini açıqladı
Azərbaycan torpaqlarının işğalına son qoyarsa, Türkiyə Ermənistanla sərhədləri açacaq.
"Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşək İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyasında deyib.
Sessiya iştirakçılarından birinin "niyə Ermənistanla sərhədi açmırsınız" sualına cavab olaraq M.Şimşək diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib.
Mənbə:> Virtualaz.org