Bolqarıstanlı jurnalist İlham Əliyevdən “Bakıda gördüyü çoxlu boş binalar” haqda soruşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Media

Bolqarıstanlı jurnalist İlham Əliyevdən “Bakıda gördüyü çoxlu boş binalar” haqda soruşdu

Bolqarıstanlı jurnalist İlham Əliyevdən “Bakıda gördüyü çoxlu boş binalar” haqda soruşdu

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev Azərbaycan prezidentinə paytaxtda gördüyü “çoxlu boş binaların” aqibəti barədə sual verib.

Virtualaz.org rəsmi KİV-lərə istinadən xəbər verir ki, İlham Əliyevin Konqres iştirakçılarının bir qrupu ilə görüşü zamanı Minçev soruşub: “Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə bağlı nə baş verəcək?”.

Prezident isə bolqarıstanlı jurnalistə cavab olaraq deyib ki, onun gördüyü binalar otellər, ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət göstərir. “Bu binalar özəl sərmayə ilə tikilib, onlar boş ola bilməz. Avropa Oyunları ərəfəsində yenidən qurduğumuz və inşa etdiyimiz idman qurğularına gəldikdə isə onlar fəaliyyət göstərir.

Məsələn, bizim Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada futbol oyunları keçirilir. Avropa Oyunları ərəfəsində inşa olunmuş Su İdmanı Sarayı və başqaları da fəaliyyətdədir. Sizin Bakıda gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir, eləcə də digərləri. Mən hər bir konkret bina haqqında danışa bilmərəm, çünki sizin hansı binanı nəzərdə tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti fəaliyyətdədir. Onların bəziləri inşa olunmaqdadır”, - İlham Əliyev vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *