Rusiya hökuməti təcili iclas keçirir
Rusiya hökuməti təcili olaraq toplantı keçirəcək.
“İnterfax” xəbər verir ki, təcili iclas Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
“Həmkarlar, mən sizinlə bir məsələni məsləhətləşmək istəyirəm. Gündəliyimizin vaxtında dəyişiklik olub. Saat 12:00-a hökumətin təcili iclası olacaq”, - deyə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Şuranın plenar toplantısında bildirib.
Təcili iclasın keçirilmə səbəbi açıqlanmır.
Mənbə:> AzVision.az