Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...

Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...


“Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib”.

AzNews.info xəbər verir ki, bu barədə Report-a “Azərişıq” ASC-dən bildirilib.

Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: “Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir”.

Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *