Rusiyanın Dövlət Duması Türkiyə parlamenti ilə dostlaşacaq
Rusiyanın Dövlət Duması Türkiyə ilə parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək və Türkiyə Respublikasının parlamenti ilə əlaqələr üzrə deputat qrupunu yaratmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a aşağı palatanın beynəlxlaq işlər üzrə komitə rəhbəri Leonid Slutski bildirib.
“Türkiyə də daxil olmaqla parlamentlərlə “Dostluq qrupları” noyabrın ortasından gec olmayaraq formaaşdırılacaq”, - L.Slutski dəqiqləşdirib.
Onun sözlərinə görə, hazırda Duma fraksiyaları dünya ölkələrinin parlamentləri ilə əlaqələr üzrə deputat qruplarının tərkibi və namizədləri barədə təkliflərini irəli sürürlər.
“Duma Şurası koordinatorların siyahısını təsdiq etməlidir və qruplar tam tərkibdə yaradılmalıdır”, - komitə rəhbəri əlavə edib.
Mənbə:> Oxu.Az