“İskəndər M” Sarkisyana etibar oluna bilərmi? – ARAŞDIRMA
Sentyabrın 21-də Ermənistanda keçirilmiş paradda Rusiya istehsalı olan “İsgəndər –M” raketləri nümayiş olundu.
A24.Az xəbər verir ki, raketlərin Ermənistana verilməsi barədə uzun illərdi müzakirələr gedirdi. Rusiya mətbuatı raket kompleksinin Ermənistana verilməsi barədə nə İrəvandan, nədə ki Moskvadan rəsmi məlumat əldə edə bilməyib. Buna baxmayaraq, bir neçə gün əvvəl Ermənistan müstəqillik günü ilə əlaqədar keçirilən paradda “İsgəndər-M” raketlərini nümayişə çıxardı. Lakin paradın korporasiya mərkəzinin iki meneceri adları gizli saxlanılmaq şərti ilə Ermənistana bir diviziyon (diviziyonda dörd raket kompleksi var) “İsgəndər-M” raket komlekslərinin verildiyini təsdiqləyib.
Menecerlər qeyd ediblər ki, bu müqavilənin birbaşa Rusiya ilə əlaqəsi yoxdur. Çünki raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində silah təchizatı razılaşması əsasında verilib.
Nəzərə alsaq ki, KTMT qeyri-rəsmi olaraq “Putin NATO”-su adlandırılır, bu silahların birbaşa Moskvanın razılığı ilə İrəvana çatdırıldığını əminliklə demək olar. Paradla əlaqədar gətirildiyi deyilsə də, kompleksin sonra geri qaytarılıb-qaytarılmayacağı məlum deyil. Əgər əvvəllər “İsgəndər-M” raketlərinin Ermənistana satılacağı barədə məlumatlar olmasa idi, kompleksin paraddan sonra geri qaytarılacağına inanmaq olardı.
“İsgəndər-M”
Kompleks Ermənistana regionda qarışıq geosiyasi vəziyyətin yarandığı dövrdə verilir. Çünki Rusiyanın böyük təsirə malik olduğu Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Suriya münaqişələri hələ də davam etməkdədir. Belə bir məqamda isə nəhayət ki, Rusiya ordusunun ən güclü silahlarından olan “İsgəndər-M” raket kompleksi Ermənistana daxil ola bilir. Rusiyanın bu raketləri Ermənistana verməkdə regional və beynəlxalq maraqları var.
Raketlərin hədəfi vurma məsafəsi 500 kilometrdir. Uzaq mənzilli raketlərin müəyyən müddətdən sonra Dağlıq Qarabağa gətirilməyəcəyinə nə İrəvan, nədə ki, Moskva təminat verir. 500 km-lik məsafəni nəzərə alsaq Ermənistana verilən müasir standarlara malik raketlərlə Bakı və Naxçıvan İrəvanın açıq hədəfinə çevirilir. Çünki Azərbaycan şərqdən qərbə elə 500 km məsafədə uzanır.
Rusiyanın dolayı yollarla Ermənistana verdiyi bu kompleks qanadlı raket R-500, yüksək partlayıcı mərmi, termobarik silah və hətta nüvə silahı daşımaq gücünə malikdir. Düzdür, Rusiya nüvə başlığı daşıyan bir silahın idarəsini birbaşa aqressivvə təcavüzkar Sarkisyan rejiminə verməz. Amma idarəçilik Ermənistanda olmasa belə, bu kompleks rəsmi İrəvan üçün aprel məğlubiyyətindən sonra bir əzələ nümayişi, həmçinin Rusiya ilə soyuqlaşan münasibətlərin istiləşməsinə təkan ola bilər. Çünki döyüşlər zamanı Ermənistan rəhbərliyi və əhalisi Rusiyanı açıq formada Azərbaycanı silahlandırmaqda və həmçinin döyüşlər zamanı İrəvana dəstək olmamaqda ittiham edirdi. Yəqin ki, Rusiya Ermənistana ordusunun ən güclü silahlarından birini dolayı yollarla verməklə Bakı və İrəvan arasında hərbi güç balansını azaltmaq niyətindədir. Ona görə ki, Azərbaycan öz ordusunu gücləndirmək üçün müxtəlif ölkələrdən ağır silahlar almaqda davam edir. Ermənistan isə bu məsələdə Rusiyadan aslılığını gizlətmir.
R-500
Bu səbəbdən Rusiya apreldə məğlub olmuş erməni xalqını və siyasi rəhbərliyini silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditlə yenidən ayağa qaldırmağa çalışır. Çünki Rusiyanın regionda təsirini saxlamaq üçün Ermənistana ehtiyacı var. Bu faktdır ki, Azərbaycan əraziləri işğal altında qaldığı müddətdə Moskva Cənubi Qafqaza və regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinə İrəvanın əlində olan Dağlıq Qarabağ vasitəsi ilə təsir edir. Ona görə də “Smerç ” və “Uraqan” tipli silahları arzulayan İrəvan qəfil öz küçələrində “İsgəndər-M” raketlərini nümayişə çıxardı.
Rusiya həmçinin “İsgəndər-M” raketlərini İrəvanda nümayiş etdirməklə regionda maraqlı olan ölkələrə for-postu vasitəsi ilə mesaj göndərir. Çünki iddialara görə rəsmi Moskva artıq ABŞ və Avropa ölkələrinin etirazlarına baxmayaraq Kalininqrad vilayətində “İsgəndər-M” raketlərini yerləşdirib. Bu hərbiləşmə birbaşa NATO-nun Şimal və Baltik dənizlərindəki maraqlarını hədəfləyir. Yəqin ki, Rusiya NATO ilə sərhəddə (Türkiyə sərhəddi vasitəsi ilə) “İsgəndər-M” raketlərini yerləşdirməklə rəqib hərbi bloka və qərb ölkələrinə güc nümayiş etdirmək istəyir.
“İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. Həmçinin artıq Rusiya və Ermənistan Hava Hücumundan Müdafiə sistemlərini birləşdirilir. Ona görə də Rusiya istədiyi vaxt “İsgəndər-M” raketlərindən NATO-ya qarşi istifadə edə bilər. Amma Rusiya bu silahları Ermənistana verdiyini açıq formada bəyan edə bilmir. Çünki Mosvka bunu açıq etiraf etsə, Birləşmiş Millətlər Təşkilatı (BMT) qarşısında çətin vəziyyətə düşəcək. Hər bir ölkə satdığı və verdiyi silahlarla bağlı, BMT-yə hesabat verir. Amma Rusiya BMT-yə rəsmi olaraq belə bir arayış verməyib.
“Petriot”
Hazırda isə faktiki olaraq nüvə başlığı daşımaq gücünə malik və 500 km məsafəni vura bilən “İsgəndər-M” raket kompleksinin İrəvan küçələrində nümayiş çıxarılması bir tərfədən Ermənistanı öz arzusuna çatdırırsa, digər tərfədən də Moskva region ölkələrinə mesaj vermiş olur.
Mənbə:> A24.az