İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı » AzNews.info -Xəbər portalı

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı


Texnikanın Erebuni hava limanından Rusiya bazasına göndərilməsi barədə xəbərlər yayılıb.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, Ermənistan sosial şəbəkələrində sentyabr ayının 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunan Rusiya ordusuna məxsus olan və indiyə qədər heç bir ölkəyə ixrac edilməyən “İsgəndər-M” operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb.

Belə ki, sosial şəbəkənin Arman Manukyan adlı istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edərkən Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışdıqlarına qulaq şahidi olmasına dair şərh yayıb.

Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə Qaltsyan adlı hərbi rütbəlinin Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəsi müavini olduğu istifadəçilər tərəfindən qeyd olunub.

Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də “İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin, erməni ekspert Karen Karapetyan müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını antirusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *