Lənkəranskinin yaşadığı haqda daha iki müdhiş iddia
Məşhur avtoritet Rövşən Lənkəranskinin sağ olması haqda iddialar güclənir
Avqustun 18-də Türkiyədə öldürülən azərbaycanlı avtoritetin yaşadığı barədə həm doğma rayonunda, həm sosial şəbəkələrdə müzakirələr gedir.
Politika.Az-a verilən özəl məlumata görə, bu iddialara daha iki arqument əlavə olunub.
Onlardan biri Rövşənin güllələndiyi maşında heç bir qan izinin olmamasıdır. Mediada yayılan foto və videolardan da görünür ki, xeyli sayda atəş açılmasına baxmayaraq avtomobilin oturacaqlarında hər hansı qan ləkəsinə rast gəlinmir.
Bu da nüfuzlu qanuni oğrunun hələ yaşadığı barədə şübhələrə yol açıb. Halbuki maşının oturacaqları qana bulaşmalıydı.
Mənbənin Politika.Az-a açıqladığı digər iddiaya görə, mərhumun məzarının üstünün betonlanmasıdır. Dini rituallara görə, məzarın betonlanması qadağan olunmayıb və bəzi yerlərdə bu dəfn ənənəsinə rast gəlinir.
Lakin şiələrin yaşadığı Lənkəranda qəbrin betonlanması çox az rast gəlinən haldır. Hər halda bu da rayon camaatı arasında şayiələrin dolaşmasına səbəb olub. İddia olunur ki, qəbrin betonlanmasında məqsəd hansısa şəxslərin məzarı açmaq istəməsini əngəlləməkdir.
Onun sağ olmasından şübhələnən kimlərsə gizli şəkildə məzarı açmağa cəhd edə bilər deyə bu tədbir görülüb. Mənbə bildirir ki, Lənkəranda bu söz-söhbətlər hələ də gəzir. Ailəsi və yaxınları isə bu şayiələri kimlərində qəsdən yaydığını düşünür.
Xatırladaq ki, Lənkəranskinin sağ olmasına dair sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçi də foto paylaşmışdı. Məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosunun ona məxsus olmadığı deyilir.
Məlumata görə, Lənkəranskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.
Doğrudan da Rövşən Lənkəranskinin xəstəxanadan çəkilmiş fotosu kimi ictimaiyyətə təqdim olunan həmin foto İsrail Müdafiə Nazirliyinin 2008-ci ildə yaydığı xəbərdə yer alıb. Həmin fotodakı şəxs Həmasın Qəzza zolağında Kassam traketi atması ilə yaralanan Rami Tvitodur.
İşin daha bir maraqlı tərəfi budur ki, Arzu Zeynalova adlı Facebook istifadəçisi məlumat mediada ictimailəşəndən sonra daha bir status yazaraq, bu mövzuda yazdığı statusların ona bəlli olmayan səsəblərdən Facebook-dan silindiyini iddia edən növbəti status paylaşıb:
"Bu araşdırmanı mən aparmışdım. Amma çox təəssüf hissi ilə bildirirəm ki, paylaşdığım faktlar bir az öncə silindi- səbəbini də anlamıram, kimlər... və necə silindi...." - deyə Arzu Zeynalova qeyd edir.
Mənbə:> Politika.az