Lənkəranskinin cənazəsi məscidə gətirildi – VİDEO+FOTO
Türkiyədə öldürülən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun nəşini daşıyan özəl təyyarə Lənkəran aeroportunda eniş edib.
Aeroportda böyük izdiham müşahidə olunub. Hava limanında 2-3 min yerli sakinin iştirakı ilə Lənkəranskinin cənazəsi evinə qədər, "Allahu Əkbər" və “Rövşən, Rövşən” deyərək yola salınıb. Daha sonra cənazə Kiçik Bazar məscidinə gətirilib. Meyit səhərə qədər məsciddə olacaq. Məlumata görə, bu müddət ərzində kim istəsə Rövşənin nəşini ziyarət edə bilər. Lənkəranskinin evinin sözügedən məsciddən təxminən 100 metr kənarda olduğu deyilir.
Mənbə:> Qafqazinfo.az