“Təəssüf, çox dəyərli oğul idi...” - Deputat Lənkəranskinin qətlindən danışdı
Xəbər verdiyimiz kimi, məşhur avtoritet Rövşən Lənkəranskinin olduğu avtomobil bu gecə Türkiyədə güllələnib. 90-ND-011 markalı maşında hücuma məruz qalan Lənkəranski ilə bərabər sürücüsü də dünyasını dəyişib.
Artıq hadisəyə avtoritetin yaxın qohumu olan deputat Fəzail Ağamalı da münasibət bildirib. O, bizimyol.info-ya açıqlamasında “Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi” qeyd edib.
Mənbə:> Bizimyol.info