Çində Obamaya hörmətsizlik edildi » AzNews.info -Xəbər portalı

Çində Obamaya hörmətsizlik edildi – VİDEO

Çində Obamaya hörmətsizlik edildi


ABŞ prezidenti Barak Obama G20 sammitinin keçirildiyi Xancjou aeroportunda xoşagəlməz insidentlə üzləşib.

Oxu.Az Associated Press–ə istinadən xəbər verir ki, Ağ Evin rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb.

Bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub.



Bunun ardınca Obamanın köməkçisi ilə Çin məmuru arasında münaqişə yaranıb. Həmin məmur ABŞ prezidenti ilə uçan jurnalistlərdən aeroportda baş verənləri işıqlandırmamağı xahiş ediblər.

Ağ Evin nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdiir.

“Bu bizim ölkəmizdir! Bu bizim aeroportumuzdur!”, - deyə amerikaılara cavab verən çinli məmur Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Raysın qarşısını kəsib.



Lakin bu yeganə insident olmayıb. Amerikalı jurnalistlərin bildirdiyinə görə, daha bir insident sammit öncəsi Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyada baş verib. Orada ABŞ nümayəndə heyətini müşayiət edən Çinin təhlükəsizlik işçiləri ilə bu ölkənin digər asayiş mühafizəçiləri arasında ciddi mübahisə yaranıb. Hətta çinlilərin az qala əlbəyaxa olduqları bildirilir. Buna səbəb isə Obama və Si Tszinpinin görüşünə amerikalı jurnalistlərin məhdud sayda buraxılması olub. Çin tərəfi zala cəmi 10 amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *