Merkel: “Ordumuz parlamenti bombalasa...”
Türkiyə ilə görüşmək önəmlidir. Bir-birinizlə danışmaq əvəzinə, bir-biriniz haqqdında danışsanız bu, diplomatiyada yaxşı nəticələr verməz.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel ARD telekanalına verdiyi müsahibəsində deyib.
Merkel son vaxtlar Türkiyədə böyük dəyişikliklərin baş verdiyini bildirib:
“Bizim çevrilişi qınamağımızın doğru və önəmli olduğuna inanıram. Türkiyə hökuməti də haqlı olaraq bunu gözləyir. Düşünün, biz burada Almaniya Federal Məclisində otura-otura öz ordumuz məclisi bombalasa, nələr olar”.
Mənbə:> Axar.az