“Prezident İlham Əliyev bütün gecəni çox narahat olub” » AzNews.info -Xəbər portalı

“Prezident İlham Əliyev bütün gecəni çox narahat olub”

“Prezident İlham Əliyev bütün gecəni çox narahat olub”


Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir.

AzNews.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib: "Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız da bütün gecəni çox narahat olub. Bütün Azərbaycan narahat olub və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir"

PA rəsmisi əlavə edib ki, Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir: "Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri baş tuta, qəbul edilə bilməz. Bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Bu çevriliş cəhdinin Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacağını düşünürəm".

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *