Baş Qərargaha geniş miqyaslı əməliyyat təşkil ediləcək
Türkiyə polisi Baş Qərargaha geniş miqyaslı əməliyyat təşkil edəcək.
ATV.az-ın "Anadalu" agentliyinə istinadən xəbərinə görə, Antalya, Niğdə və müxtəlif bölgələrdən gıtirilən xüsusi təyinatlı polislər Ankara Polis İdarəsinə göndərilib. Buradakı təlimatlardan sonra polis qrupları hərbi çevrilişə cəhd edənləri təsirsiz hala gətirmək məqsədi ilə Baş Qərargaha əməliyyat təşkil edəcək. Hazırda çoxlu sayda polis Baş Qərargah binasındadır. Burada hərbi çevrilişə ortaq olmaq istəməyən 200-ə yaxın əsgər və zabit könüllü şəkildə polisə təslim olub.
İstanbulda bütün hakim və prokurorların icazəsi ləğv edilib və məzuniyyətdə olanlar da geri çağırılıb.
Qeyd edək ki, əlavə məlumat veriləcək.
Mənbə:> ATV.az