Türkiyə ordusu dörd şəhid verdi
Türkiyə ordusunun dörd əsgəri şəhid olub.
Oxu.Az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Hakkari əyalətinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşının keçdiyi yolda PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğu işə düşüb.
İlkin məlumatlara görə, terror aktı zamanı 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb.
Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.
Mənbə:> Oxu.Az