Orgeneral: "Baş verənlər TSK tərəfindən dəstəklənmir"
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Birinci Ordu Komandanı, orgeneral Ümid Dündar bildirib ki, çevrilişə cəhd edənlər Birinci Ordu Komandananlığı içərisindəki kiçik bir qrupdur və narahatlıq üçün əsas yoxdur.
O vurğulayıb ki, həmin qrupa qoşulmayan və əmrə hazır dayanmış digər hərbi birliklər lazımi addımlar atırlar. O baş verənlərin Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənmədiyi də qeyd edib.
Mənbə:> Bizimyol.info