Cənubi Sudanda toqquşmalar: 272 nəfər ölüb
Cənubi Sudanın paytaxtı Cubada toqquşmalar zamanı 272 nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters hərbi mənbəllərinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən cümə prezident Salva Kiirin əhaliyə müraciətə hazırlaşdığı zaman iqamətgahı qarşısında atışma baş verib. Ordu və müxalif qüvvələr arasında toqquşma baş verib.
Bu gün isə paytaxt ətrafındakı Qudel və Cebel rayonlarında yerləşən hərbi hissələrdə də atışma baş verib. Toqquşmalar nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
Mənbə:> Oxu.Az