"Ərdoğan və Putin cəsarətli davrandılar"
Bir çox insan üçün sürpriz olan bu vəziyyət Su-24-ün vurulmasından sonra aylardır davam etdirilən işlərin nəticəsində mümkün oldu.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Qalının "Deyli Səhər" qəzeti üçün qələmə aldığı məqalədə bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə rus pilotun öldürülməsi ilə bağlı göndərdiyi məktubu xatırladan Qalın münasibətlərin normallaşdırılması üçün liderlərin cəsarətli addım atdıqlarını qeyd edib.
"Ərdoğan və Putin 29 iyunda telefon danışığında bəzi məsələlər barədə razılığa gəldilər. Türkiyə və Rusiya arasında yeni bir təşəbbüsün başladılması Suriyadakı vəziyyətin həll edilmə potensialının artırılması və eyni zamanda Türkiyəyə Suriya ərazilərindən gələn İŞİD terroru ilə daha effektiv mübarizə aparmaq imkanı yaradacaq", - Qalın qeyd edib.
Mənbə:> Axar.az