Britaniya qoşunu Baltikə yeridilir – QƏRAR
Böyük Britaniya NATO-un yeni proqramı çərçivəsində Estoniya, Latviya və Litvaya min hərbçi, tank və artilleriya göndərə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
Məsələ barədə yekun qərar NATO-nun Varşava sammitində qəbul ediləcək. Eyni zamanda Alyans NATO-nun döyüş qabiliyyətinin artırılması üçün Şərqi Avropada tank və digər abır silah bazaları yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Xatırladaq ki, İngiltərənin Xarici İşlər naziri Filip Hammond Şərqi Avropa ölkələrində 4-5 tabor yerləşdiriləcəyini açıqlamışdı.
Mənbə:> Axar.az