Prezident İlham Əliyevdən sensasion bəyanat: ”Hədəfdə mənəm…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Prezident İlham Əliyevdən sensasion bəyanat: ”Hədəfdə mənəm…”

Prezident İlham Əliyevdən sensasion bəyanat: ”Hədəfdə mənəm…”


Dövlət başçısı Respublika Günündə etdiyi çıxışda ölkənin həm daxili, həm xarici siyasəti, demokratik inkişafı ilə bağlı mühüm açıqlamalar və ipucları verib.

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev çıxışında sensasion sayıla biləcək bəyanatlar səsləndirib və həm də ölkənin gələcəkdə həm daxili, həm xarici siyasəti, eləcə də demokratik inkişaf yolu ilə bağlı mühüm ipucları da verib.
Prezident ölkədəki siyasi vəziyyətlə bağlı danışarkən “əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük”, deyərək, buna misal olaraq MDB məkanındakı, Avropadakı, Yaxın Şərqdəki vəziyyəti xatırladıb. “ Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televiziyalardan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur.
Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur”, deyən dövlət başçısı zənnimizcə, ilk dəfə olaraq Azərbaycana yönləlik ittihamlarda ən çox rast gəlinən “avtoritarizm” ifadəsini işlədib: “Bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir”.
“Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm”
Prezident güman ki, son günlər Avropada-özəliklə Fransa və Almaniyada həm hökumətin qaçqın, həm də digər iç siyasətinə etiraz olaraq keçirilən nümayişlərdə polislərlə toqquşmaları nəzərdə tutur. “Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir” deyən, prezident altını çizmək istədiyimiz bəyanatı səsləndirib: “Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik.
Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.”

Prezidentin Azərbaycandakı bütün səfirlərin iştirakı ilə hədəf olaraq seçilməsini deməsi əlbəttə ki, xüsusi qeyd ediləsi məsələdir. Zənnimizcə, prezident İlham Əliyev ilk dəfədir ki, Azərbaycana qarşı aparılan siyasətin hədəfi kimi özünü nişan verir.
Aydındır ki, hökumətin bu və ya digər siyasətinə Qərbdən gələn tənqid və qınaqlar daha çox Azərbaycanın siyasətini müəyyənləşdirən hakimiyyətə və prezidentə yönəlir. Amma İlham Əliyevin, Qərbin bütün “qulaqlarının” iştirak etdiyi tədbirdə, hədəf olaraq seçilməsini deməsi təsadüf ola bilməz.
“Demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur”
Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində 6 ay bundan əvvəlki gərginlik, qarşılıqlı ittihamlar dövrü arxada qalıb. Həbsləri narazılıq doğurmuş şəxslərlə bağlı ardarda verilən qərarlar Qərblə münasibətlərdə yeni bir mərhələnin başlandığını bir daha təsdiqləyir. Əlbəttə ki, münasibətlərdə yeni bir səhifənin başlanması təkcə dustaqlar məsələsi ilə məhdudlaşmır, məhbusların buraxılması bəlkə də bu mərhələdə böyük anlaşmanın yalnızca bir gündəm maddəsidir.

Diqqət etsək görərik ki, son aylar Bakıya şimaldan gələn yüksək rütbəli məmurları indi Avropa Birliyindən, ABŞ-dan gələn rəsmilər əvəz edir. Prezidentin aprelin əvvəlində ABŞ-da keçirdiyi yüksək səviyəli görüşlər də Azərbaycanın təkqütblü deyil, çoxqütblü siyasətə yenidən qayıtdığının təsdiqdir: “Mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur.
Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik” deyə, prezident vurğulayıb.
Prezidentin bu çıxışının davamına diqqət edək: “Avropa ölkələri ilə də bizim əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür, görülübdür. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir”.
“Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır”
Dövlət başçısının xüsusi diqqətə çəkmək istədiyimiz daha bir bəyanatı da bu məqamda səsləndirib: “Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır”. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yaranməş ətalət son aylar yerini qarşılıqlı təmaslara verib. Avropa İttifaqı ilə iqtisadi əlaqələr ilk ilk beş ayında nəzərəçarpacaq dərəcədə artıb. İndi prezident bu əlaqələrin təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrlə möhkməmləncəyinin anonsunu vermiş olub.
Masa üzərində hansı sənədlər var, hansı razılaşmalar olacaq bunları da yaxın vaxtlarda biləcəyik: “Azərbaycan Qərbyönümlü siyasətdən (burada daha çox demokratik dəyərlərdən söhbət gedir) imtina edir”, iddiaları prezident səviyyəsində yalanlanmış hesab oluna bilər.

Amma belə görünür ki, prezident aparılan bu siyasətə, Qərblə münasibətlərdə “perezaqruska”( İki il əvvəl ABŞ-Rusiya münasibətlərində siyasi termin kimi işlədilməyə başlayıb-“Y.M”.) rejiminə rəğmən bəzi dairələrin münasibətinlərindən ciddi narazıdır. Sitata baxaq: “Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya, yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz”.
Doğrudur, dövlət başçısı həmin dairələri açıq işarə verməyib, amma şübhə yoxdur ki, “köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan..” dedikdə Qərb dairələrini nəzərdə tutur.

Mənbə: Nia.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *